“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat

“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
SİYASƏT
12:37 13.10.2026
159
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də gələcəyin vətəndaşının formalaşdığı mühitdir. Ona görə də məktəbli geyiminə sadəcə parça, rəng və model məsələsi kimi baxmaq doğru deyil. Burada söhbət daha böyük anlayışlardan – bərabərlikdən, nizam-intizamdan, dünyəvi təhsildən və dövlətin gələcək nəsillər qarşısındakı məsuliyyətindən gedir”

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, məsələyə fərqli prizmadan yanaşmalıyıq:

"Məncə, məsələyə fərqli prizmadan yanaşmalıyıq. Məktəb uşaqların geyimlə deyil, biliklə fərqləndiyi yer olmalıdır. Bir şagirdin ailəsinin maddi imkanları, digərinin dini baxışları və ya sosial mənsubiyyəti sinif otağında üstünlük, yaxud ayrı-seçkilik meyarına çevrilməməlidir. Vahid məktəbli geyiminin əsas fəlsəfəsi də məhz budur. Digər mühüm məqam təhsilin dünyəviliyidir. Azərbaycan dünyəvi dövlətdir və bu prinsip kiminsə dini inancına qarşı yönəlməyib. Əksinə, müxtəlif inanclara malik insanların eyni hüquqlarla yaşamasının təminatıdır. Dünyəvilik dinsizlik deyil, dövlət təhsilinin dini təsirlərdən müstəqilliyidir. Bu iki anlayışı bilərəkdən qarışdırmaq cəmiyyətdə süni qarşıdurma yaratmaqdan başqa heç nəyə xidmət etmir”.

Parlamentari qeyd edib ki, dini etiqad şəxsin konstitusion hüququdur:

Dini etiqad şəxsin konstitusion hüququdur. Lakin dövlət məktəbinin də qanunvericiliklə müəyyən edilmiş qaydaları var. Bu qaydaların tətbiqi hər hansı dinə münasibət kimi təqdim edilməməlidir. Eyni zamanda, onların icrasında uşaqların təhsil hüququ, ləyaqəti və psixoloji vəziyyəti mütləq nəzərə alınmalıdır. Bir məqamı da unutmayaq: uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir. Məktəb qapısında siyasi və dini mübarizə aparmaq istəyənlər düşünməlidirlər ki, həmin qapıdan içəri siyasətçi və ya din xadimi deyil, təhsil almaq istəyən uşaq daxil olur. Biz məktəbdə geyim üzərində mübahisə aparmaqdan daha çox, o geyimi daşıyan uşağın hansı bilik və dünyagörüşü ilə böyüdüyünü düşünməliyik”.

"Azərbaycanın gələcəyi məktəbli formasının rəngindən deyil, həmin formanı geyinən nəslin intellektindən, vətənpərvərliyindən və müstəqil düşünmək bacarığından asılı olacaq. Məktəbin əsas missiyası da budur: fərqli ailələrdən gələn uşaqları ortaq bilik, bərabər imkanlar və vətəndaşlıq dəyərləri ətrafında birləşdirmək”,-deyə deputat vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
13:25 13.10.2026
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
13:23 13.10.2026
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
13:22 13.10.2026
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
13:09 13.10.2026
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
Bu şəxslərin iş rejimi dəyişir
12:58 13.10.2026
Bu şəxslərin iş rejimi dəyişir
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
12:56 13.10.2026
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
12:54 13.10.2026
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
12:52 13.10.2026
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
12:37 13.10.2026
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
Metro gücləndirilmiş rejimdə çalışacaq
12:36 13.10.2026
Metro gücləndirilmiş rejimdə çalışacaq
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
12:35 13.10.2026
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
12:30 13.10.2026
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
12:23 13.10.2026
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
12:20 13.10.2026
Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
Dövlət başçısı: Laos Azərbaycan üçün dost ölkədir
12:11 13.10.2026
Dövlət başçısı: Laos Azərbaycan üçün dost ölkədir
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - VİDEO
12:00 13.10.2026
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - VİDEO