"Uşaqlar məktəbə gedə bilmirlər": Hövsanda yol problemi niyə həllini tapmır? - VİDEO

"Uşaqlar məktəbə gedə bilmirlər": Hövsanda yol problemi niyə həllini tapmır? - VİDEO
SOSİAL
00:45 16.12.2025
251
Paytaxtın Hövsan qəsəbəsinin Quşçuluq massivində yolların asfalt örtüyü yoxdur. Çuxurlarla dolu yollar sakinlərin və nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaradır.

Sakinlər bununla bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.

"Aidiyyəti qurumlardan bir şey istəyirik - yol çəkməyə gəlsinlər", - onlardan biri söyləyib.

Digər bir vətəndaş isə qeyd edib: "Uşaqlar məktəbə gedə bilmirlər. Buraya nə taksi, nə də təcili tibbi yardım maşını gəlir. Dərdimizi kimə deyəcəyimizi bilmirik".

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon ərazisində asfaltlanmaya ehtiyacı olan küçələrin təmir olunması ilə bağlı vətəndaşların müraciəti əsasında aidiyyəti üzrə Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq məktublar ünvanlanıb.

Avtomobil Yolları Dövlət Agentliyindən isə qeyd olunub ki, qəsəbədaxili küçə yolları qurumun balansında deyil və Agentlik tərəfindən həmin ərazilərdə İnvestisiya Proqramından kənar hər hansı bir təmir işləri icra olunmur: "Ümumiyyətlə, Agentlik hər hansı bir ərazidə təmir işlərinin aparılmasında qərarverici səlahiyyətə malik deyil. Yerli icra strukturları tərəfindən aidiyyəti üzrə təkliflər hazırlanaraq təqdim olunmalıdır. Həmin təkliflər əsasında ərazilər İnvestisiya Proqramına daxil edilərsə, artıq həmin yerlərdə təmir işlərinin aparılması Agentliyə həvalə oluna bilər".

Daha ətraflı Baku TV-nin videomaterialında:


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar