Britaniyada nazirin uşaqlarla oyunu burnundan gəlib.
AZXEBER.COM-un The Guardian-a istinadən verdiyi xəbərə görə, Britaniyanın əmək naziri Keyt Vaz dünən Leçester şəhərindəki məhəllələrdən birində inşa edilmiş yeni uşaq-əyləncə kompleksinin təntənəli açılış mərasiminə qatılıb.Uşaqlarla əylənmək fikrinə düşən nazir fırlanğaca oturub və balacalarla birlikdə fırlanmağa başlayıb. Lakin əyləncə nazirin burnundan gəlib. O, ağzıüstə qumluğa yıxılıb.Ayağa duran nazir pərt olsa da, gülümsəyib və yenidən oturub. Lakin uşaqlar yenə bərk fırlanıblar və nazir ikinci dəfə yıxılıb.