Ukraynada yeraltı həyat davam edir.
AZXEBER.COM xəbər verir ki, Rusiyanın təşkil etdiyi hərbi əməliyyatdan sonra silah və bomba səslərinin kəsilmədiyi Ukraynada yeraltı həyat davam edir.
"The Guardian” paytaxt Kiyevdəki metro stansiyalarından birində olub. İnsanlar hücumlardan zərər görməmək üçün metro stansiyaları, dayanacaqlar, sığınacaqlar kimi yerlərdə həyatlarını davam etdirirlər.
Gənclərin telefonla məşğul olduğu, valideynlərin körpələrini yatırtmağa çalışdığı, bəzi insanların ev heyvanları ilə vaxt keçirdikləri görüntülərdə öz əksini tapıb.
40 yaşlarında olan ukraynalı vətəndaş Alla baş verən hadisələrdən uşaqların qorxduğunu bildirib:
"Uşaqlar qorxurlar, ağlayırlar. Hamımız öləcəyik, ana? – deyə soruşurlar”
Xarkovda təhsil alan Şana Şaci də metrostansiyada gizlənənlərdəndir. Şaci dünən verdiyi açıqlamada qida çatışmazlığı yaşadıqlarını və xarici dünya ilə yalnız cib telefonları vasitəsilə əlaqə saxladıqlarını bildirib.
Kiyevdəki stansiyaların birində Mia adlı körpə də dünyaya gəlib, lakin Mia tək deyil.
Dneprdəki xəstəxanada isə yeni doğulmuş körpələr binadan müvəqqəti sığınacağa köçürülüb.
Ayşən










