Bağçada azyaşlıya işgəncə verən tərbiyəçi tutuldu - DİN

Bağçada azyaşlıya işgəncə verən tərbiyəçi tutuldu - DİN
SOSİAL
10:34 13.06.2018
8927
Bakıda uşaq mərkəzində azyaşlıya zorakılıq nümayiş etdirən tərbiyəçi saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü( əzab vermə)  maddəsi ilə cinayət işi başlanıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı görüntülər yayılıb.

 

OXŞAR XƏBƏRLƏR