Uşaqları koronavirusdan qorumaq üçün nə etmək lazımdır?

Uşaqları koronavirusdan qorumaq üçün nə etmək lazımdır?
SAĞLAMLIQ
09:11 04.09.2021
1088
Hazırda yeni növ koronavirusun (COVID-19) yenidoğulmuşlara və uşaqlara keçmə riski valideynləri çox narahat edir. Ona görə də tibbi maska, sosial məsafə və gigiyena qaydalarına riayət etməyin çox böyük əhəmiyyəti var.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, həkim-pediatк Nigar Mirzəyeva pandemiya dövründə uşaqları koronavirusdan qorumaq üçün bir sıra məsləhətlər verib:

"Koronavirusdan qorunmaq üçün ən təsirli vasitələrdən biri tibbi maskalardan düzgün istifadədir. Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF 12 yaş və bu yaşdan yuxarı uşaqların maska taxmasının vacibliyi, 6 və 11 yaş arası uşaqların olduqları yerə uyğun və daşıdıqları riskə görə maska taxması, 2-5 yaş arası uşaqlar taxa bilirsə, maska taxmanın əhəmiyyətli olduğu, 2 yaşdan aşağı uşaqlara isə maska taxmağın vacib olmadığı, onların insanların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq tutulmasının vacibliyi barədə məqalələr yayımlayır.

Pandemiya dövründə uşaqların psixoloji vəziyyətləri nəzərə alınaraq onların xoşuna gələcək nağıl və cizgi filmi qəhrəmanlarının şəkilləri olan maskalardan istifadə edilməsinə üstünlük vermək olar. Onlar bu maskaları üzərindəki təsvirlərə görə taxa bilərlər.

Uşaqlar hər zaman valideyni örnək hesab etdikləri üçün onların yanında maskadan şikayət etmək, maskanın narahatlığından danışmaq lazım deyil. Əksinə, maskanın nəinki özümüzü, hətta ətrafımızdakıları da qorumaq üçün ən təsirli vasitələrdən biri olduğunu izah etmək vacibdir".

Təhlükəli xəstəlikdən qorunmaq üçün maska taxmaqla yanaşı, ondan düzgün istifadə də mühüm məsələdir. Xüsusilə 5 yaşdan kiçik uşaqlar maskadan düzgün istifadə edə bilmədikləri, maskaya əlləri ilə tez-tez toxunduqları üçün yoluxma riski yüksək ola bilir. Ona görə də bu yaş qrupunda valideynlərin köməkliyi ilə maskanın düzgün çıxarılması vacibdir.

"Maska mütləq uşaqların yaşına uyğun ölçüdə olmalı, ağız və burun boşluğunu tamamilə tutmalıdır. Maskanı çıxartdıqda qulağa taxılan uclarından çıxarmaq vacibdir və eyni maskadan təkrar istifadə etmək olmaz. İstifadə olunmuş maska yerə atılmamalı, qapalı zibil qutularına tullanmalıdır.

Yaxşı olar ki, pandemiya dövründə uşaqlar yalnız öz oyuncaqları ilə oynasınlar, qapalı məkanlara aparılmasınlar.

Diqqət etmək lazımdır ki, uşaqlar başqa yerlərdə oynayarkən oyuncaqları ağızlarına vurmasınlar. Kistik fibrozis, onkoloji xəstəliyi olan, immun sistemi zəif olanlar digər uşaqlarla müqayisədə daha riskli sayılır və buna görə də onlara daha çox fikir vermək zəruridir.

Virusdan qorunmağın vacib vasitələrindən biri də əllərin təmizliyidir. 5 yaşdan yuxarı uşaqlara bunun əhəmiyyəti haqqında danışılmalı və tez-tez əllərin yuyulmasına diqqət edilməli, 5 yaşdan aşağı uşaqların isə valideynlərin iştirakı ilə mütləq əl təmizliyinə nəzarət edilməli, əllərin ağıza aparılmamasına xüsusi diqqət yetirilməlidir", - deyə həkim-pediatr bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
08:16 10.10.2026
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
08:12 10.10.2026
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
08:08 10.10.2026
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
08:03 10.10.2026
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb
07:50 10.10.2026
Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
07:38 10.10.2026
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
07:23 10.10.2026
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
07:08 10.10.2026
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
06:50 10.10.2026
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
06:33 10.10.2026
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib
06:16 10.10.2026
Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
06:00 10.10.2026
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
Zelenski: Putinə verilən "hədiyyələr" sülhə gətirib çıxarmayacaq
05:26 10.10.2026
Zelenski: Putinə verilən "hədiyyələr" sülhə gətirib çıxarmayacaq
Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu
05:12 10.10.2026
Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
05:00 10.10.2026
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
04:48 10.10.2026
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq