Uşaqları müayinə edən həkimin cibindəki telefon partladı —Xəstəxanasında təşviş FOTO

Uşaqları müayinə edən həkimin cibindəki telefon partladı —Xəstəxanasında təşviş FOTO
SOSİAL
21:30 26.12.2017
1381
Türkiyədə xəstəxanaların birində mobil telefon partlayıb.
 
AZXEBER.COM Ölkə.Az-a istinadən xəbər verir ki, hadisə Bülent Ecevit Üniversitetinin uşaq xəstəxanasında baş verib. Xəstəxananın professoru Cem Başpınar xəstəni müayinə edən zaman cibindəki smartfon partlayıb. Telefon həkimin şalvarının cibində partlayıb.
 
Hadisə nəticəsində həkimin sağ ayağı yanıb. Hadisə nəticəsində ayağı yanan həkim dərhal polisə müraciət edib. Ekspertizadan keçən həkim, dəymiş maddi və bədən xəsarətlərinə görə telefon istehsal edən şirkəti məhkəməyə verməyə hazırlaşır. Cem Başpınarın sözlərinə görə, hadisə zamanı xəstəxanada təşviş yaşanıb.
 
"Xəstələrimi müayinə edirdim. Həmin vaxt mobil telefon şalvarımın cibində idi. Bir anda telefon partladı. Dərhal onu yerə atdım. Partlayışdan sonra aparat yanmağa başladı. Nə yaxşı həmin vaxt telefon qulağımda olmayıb. İndi də niyə belə olduğunu anlamıram. Ayağımda yüngül yanıq xəsarətləri var. Dərhal hüquq-mühafizə orqanlarına müraciət etdim. Telefon istehsal edən şirkətdən və onu satan dükandan şikayət edəcəyəm”, - deyə Cem Başpınar bildirib.
OXŞAR XƏBƏRLƏR