“Qızları pulla almaq istəyən ailələr xəstəxanaya gəlirdi” – Ağsudakı hadisənin təfərrüatı

“Qızları pulla almaq istəyən ailələr xəstəxanaya gəlirdi” – Ağsudakı hadisənin təfərrüatı
SOSİAL
15:47 07.11.2018
4017
"Əkiz qızlarımı satmaq istəyirdilər deyə…”
 
AZXEBER.COM xəbər verir ki, ötən gün Space Tv-nin efirində Amil Xəlilin təqdimatında yayımlanan "Gəl dərdini danış" verilişində iki əkiz qızı satmaq istəyən qayınanadan şikayyət edən gəlin daha bir faktı açıqlayıb. O iddia edib ki, xəstəxanada olarkən yanına uşaqları almaq istəyən ailələr gəlirdi. "Soruşurdum kimsiz. Deyirdilər ki, bəs qayınana Dünyabəyim xanım göndərib bizi. Uşaqları almaq üçün. Qaraşın kişi ilə qadın idi."

Xatırladaq ki, ötən həftə adı çəkilən verilişdə iştirak edən Simuzər qayınanasının əkiz qızları satmaq istəməsinə görə ərindən boşandığını bildirib. O, Ağsu məhkəməsinin bəzi nümayəndələrini bu işə səhlənkar yanaşmasını da bildirmişdir. Onun sözlərinə görə aliment kəsilsə də, qarşı tərəfdən alimenti ala bilmədiklərini və iki uşaqında səhətində problemlərin yarandığını bildirib

Daha sonra verilişə 80 yaşlı Əhməd bəy daxil olub. Yaradıcı heyətə "Oğlanlarımdan şikayətim var. Mənə baxmırlar" deyən ağsaqqal gediçatda 76 yaşında olan xanımı ona xəyanət etməkdə günahlandırıb. Tez-tez anonsları təqdim edərək fasiləyə çıxan teleaparıcı bəyin bu açıqlamasından xəbərsiz olduğunu bildirib. Əhməd bəyin fikirlərini yarımçıq saxlayan Amil Xəlil daha sonra Simuzərin məsələsi ilə bağlı növbəti süjeti təqdim edib..

Qeyd edək ki, veriliş həftə içi hər gün saat 16:00 da Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır. 




OXŞAR XƏBƏRLƏR