Uşaqlarla məşğul olmaq bəzən olduqca çətin olur. Çox vaxt valideynlər uşaqları sakitləşdirmək üçün uşağı planşet və ya telefonla məşğul edirlər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, normal görünən bu hərəkət uşaqların emosional inkişafında ciddi mənfiliklərə səbəb olur, nəticədə uşaqlarda həddindən artıq aqressiv reaksiya formalaşır.
"JAMA Pediatrics” adlı tibb jurnalında dərc edilən bir araşdırma uşaqların texnologiyadan necə təsirləndiyini göstərir.
Tədqiqatçılar 422 valideyn və eyni sayda uşaq üzərində araşdırma aparıblar. 3-5 yaş arası uşaqlarda aparılan araşdırmada onların telefon və planşet kimi cihazlarla qarşılıqlı əlaqəsi bir neçə ay ərzində müşahidə olunub.
Tədqiqat qrupu uşaq kədərləndikdə və ya əhvalı pozulduqda diqqətini yayındırmaq üçün ona verilən cihazların uşaqların emosional inkişafına mane olduğunu müəyyən edib.
Bu şəkildə alışan uşaqlar heç bir cihaz olmadan emosiyalarına nəzarət bilmirlər. Belə olan halda onların əhvalları çox tez dəyişir.
Bu vəziyyət, xüsusilə, hiperaktivlik diaqnozu qoyulmuş uşaqlarda daha sıx görünür.
Aydın