Uşaqlarımızın uğurlarını necə artıraq? - Valideynlər üçün 9 önəmli ADDIIM

Uşaqlarımızın uğurlarını necə artıraq? - Valideynlər üçün 9 önəmli ADDIIM
SOSİAL
16:01 28.09.2022
598

21-ci əsrin bacarıqları çərçivəsində insanın düşüncə, hiss və davranışlarını idarə etmə bacarığını göstərən "sosial-emosional bacarıqlar”ın əhəmiyyəti getdikcə daha çox ön plana çıxır. Hamımız uşaqlarımızın sağlam, xoşbəxt olmasını və daim uğur qazanaraq, gələcəkdə yaxşı karyera qurmasını istəyirik.

Övladlarımız dünyaya gəldiyi andan onların xoşbəxt olması üçün çalışır və bunun üçün hər zaman ciddi səy göstəririk. Bu səyi davam etdirərkən unutmamalıyıq ki, uşaqlarımızın sağlam, xoşbəxt və həyatda uğurlu fərdlər olması üçün fiziki sağlamlıq qədər sosial-emosional inkişafı da vacibdir.

Övladınızın erkən yaşda inkişaf etdirdiyi sosial-emosional bacarıqlarının gələcəkdə onların akademik uğurlarına, münasibətlərinə və hətta peşəkar həyatına güclü təsir göstərdiyini inkar etmək olmaz. Bu bacarıqlara sahib uşaq gələcəkdə cəmiyyət üçün xoşbəxt və ahəngdar bir şəxsiyyət olacaqdır.

Uşaqlar 4 yaşında tam sosiallaşmağa başlayırlar. Ailələrində qazandıqları sosial bacarıqlar, bağça və məktəbdəki təhsili onun həmyaşıdları ilə münasibətdə özünü göstərməyə başlayır. Uşaqların ibtidai sinifə qədər olan müddətdə uşaq bağçasına göndərilməsi onun cəmiyyətdə sosiallaşmasının daha tez başlamasını və inkişafını təmin edir.

 

Bəs övladlarımızın sosial-emosional inkişafını necə dəstəkləyək ? Bunun üçün bəzi öhdəliklərimizi sizinlə bölüşürəm:

 

1. "Birgəliyi” təşviq edən fəaliyyətlər planlaşdırın:

Uğura gedən yolda ilk iş uşaqlarla birgə fəaliyyətlər və əməkdaşlıqlar etməkdir. Əməkdaşlıq, uşaqların xüsusilə gələcək həyatında ehtiyac duyacağı bir bacarıqdır. Bu, həmçinin uşaqlara biri-birilərinə kömək etməyi və birlikdə dayanmağı öyrədir. Bu bacarığı inkişaf etdirən uşaqlar gələcək iş və sosial həyatlarında komanda yoldaşlarından dəstək almağı və verməyi, eyni zamanda komanda şəklində işləməyi daha yaxşı bacarırlar.

Uşaqlarla mütləq həftədə azı 1 dəfə komanda oyunları təşkil edin. Bu cür oyunlar uşaqlara emosiyalarını tənzimləməyə kömək edir.

 

2. Uşağınızın özünütənzimləmə şüurunu inkişaf etdirin:

Uşağınızın özünü tənzimləməsinini dəstəkləyin ki, o, duyğularını, düşüncələrini və davranışlarını müxtəlif mühitlərə uyğunlaşdıra, impulslarını idarə edə və məqsədə doğru davranışını tənzimləyə bilsin. Özünü tənzimləmə bacarığı olan insanlar öz duyğularından xəbərdar olmaqla yanaşı, impuluslarını daha yaxşı idarə etmək qabiliyyətinə malik olurlar.

 

3. Empatiya etməyi öyrədin :

Uşaqlara davranışlarının başqalarına necə təsir etdiyini izah edin. Bunun üçün sözlər yox hərəkətlər ən yaxşı vasitə sayılır. Buna görə də başqalarının hisslərini anlaması üçün nümunələr verin. Məsələn : "Əli çox əsəbi görünür. Ondan soruşsan, bizimlə oynayar?" Bu cür müşahidələr və paylaşımlar başqasının anlamasına çox kömək edəcək. Uşaqlar üçün tövsiyə olunan tərbiyəedici filmlərə baxın. Bu onların emosiyalarını tanımaq qabiliyyətini artıracaq. Film qəhrəmanlarının və obrazlarının timsalında uşaqlar başqaları ilə empatiya qurmaq bacarığı da qazanırlar. Onlar həmçinin bu yolla qəzəb, ağlama, gülmə və sevinmə kimi öz emosional dəyişikliklərini də anlaya biləcəklər. Filmlər seçəndə mütləq ehtiyyatlı olmaq gərəklidir. Şiddət aşılayan, həssas səhnələrlə dolu yaş həddi uyğun olmayan və pis örnək olacaq filmlərin və animasiyaların nümayişindən qacın.

 

5. Uşaqların "münasibət və ünsiyyət bacarıqlarını” dəstəkləyən mühitlər yaradın:

Uşağınızı sağlam münasibətlər qurmağa və davam etdirməyə təşviq edin. Onların salamlamaq, təşəkkür etmək, üzr istəmək, tanış etmək, söhbətə başlamaq və davam etdirmək kimi sosial əlaqələrdə istifadə edə biləcəyi şifahi bacarıqları inkişaf etdirin.

 

6. Övladınıza kitab oxuyun :

Bu mövzu ilə bağlı verilə biləcək ən yaxşı təkliflərdən biri də "kitab oxumaq”dır. Bu, uşağın inkişafı üçün bir çox imkanlar təqdim edən bir fəaliyyətdir.

Kitabı oxuyarkən personajların duyğuları haqqında danışın, uşağınızın hekayə haqqında nə hiss etdiyini tanımasına və adlandırmasına kömək edin.

 

7. Doğru nümunə olun:

Uşaqların həyatda uğurlarını necə artıraq ? Sualına cavabın digər vacib məqamı da uşaqlara nümunə olmaqdır. Valideynlər uşağa öz emosiyalarını göstərsələr, onlara adlar qoysalar və hətta onlara bu emosiyaları tənzimləmək üçün hansı strategiyalardan istifadə etməyi öyrətsələr, uşaqlar oxşar vəziyyətlərdə reaksiya vermənin ən sağlam yolunu öyrənəcəklər.

 

8 Problemi dinləyin, amma həll etməyin:

Dostluq problemlərini sizə danışanda qulaq asın, ancaq o öz problemlərini həll etməlidir, siz yox. Uşaqlarınızı buna həvəsləndirin. Bu onlarda qərar vermək, məsuliyyət və özünə inamı gücləndirəcək

 

9. Qoy dostunu evə gətirsin:

Uşağınızın dostlarını evə gətirməsinə icazə verin. Bu, uşağın yeni dostlar qazanması və dostluq əlaqələrinin inkişafı üçün təsirli bir üsuldur.

Unutmayın ! Uğurlu gələcəyin təməli uşaqlıqda qurulur. Uşaq üçün həyat bir oyundursa bu oyunda qazanılan təcrübə elə həyatın özüdür !

 

Tərlan Telmanqızı
Pedaqoq 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
19:30 04.08.2026
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
19:18 04.08.2026
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
19:09 04.08.2026
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
18:55 04.08.2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi