Uşaqların "Aşura" mərasimlərində iştirak etməsi gələcək nəslin tərbiyəsinə əngəl törədir — Dövlət Komitəsi

Uşaqların "Aşura" mərasimlərində iştirak etməsi gələcək nəslin tərbiyəsinə əngəl törədir — Dövlət Komitəsi
SOSİAL
18:27 02.10.2017
1343
"Bu il Azərbaycanda "Aşura” mərasimləri müvafiq qanunlar çərçivəsində, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qəbul etdiyi fətvada irəli sürülən şəri qaydalar əsasında keçirilib".

AZXEBER.COM xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbənin müdiri Əliheydər Zülfüqarov deyib.
 
O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) "Məhərrəmlik” mərasimləri ilə bağlı hazırladığı Tədbirlər planına uyğun olaraq cari ildə "Aşura" mərasimlərinin sivil, milli adət-ənənələrə uyğun formada keçirilməsi istiqamətində həm QMİ, həm yerli icra hakimiyyətləri, həm də hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə müvafiq tədbirlər həyata keçirib: "Tasua” və "Aşura” günü məscidlərdə xüsusi monitorinqlər aparılıb. Dövlət Komitəsinin rəhbərliyi də daxil olmaqla, əməkdaşları ölkə üzrə məscid və ziyarətgahlarda keçirilən mərasimlərdə iştirak edərək, yaxından müşahidələr aparıblar".
 
Şöbə müdirinin sözlərinə görə, aparılan monitorinqlər, daxil olan məlumatların ümumi təhlilinin ilkin nəticələrinə əsasən, bu il "Aşura" mərasimi ümumilikdə sabit keçib, ciddi pozuntuya yol verilməyib: "Bəzi yerlərlə qeydə alınan kiçik neqativ hallar mərasimlərin ümumi gedişatına təsir göstərməyib. Belə ki, qısa müddətdə onların aradan qaldırılması istiqamətində tədbirlər görülüb".
 
Ə.Zülfüqarov qeyd edib ki, az da olsa fərdi şəxslər tərəfindən xurafat və mövhumat elementlərini özündə ehtiva edən zəncirvurma, qançıxarma halları müşahidə olunub, həmin şəxslərlə bu istiqamətdə tövsiyə xarakterli profilaktik söhbətlər aparılıb: "Ümumiyyətlə qeyd edək ki, məzhəbindən asılı olmayaraq bütün müsəlman alimləri zəncir vurmaq, baş yarmaq kimi bədənə xəsarət yetirən əməlləri qətiyyətlə pisləyib, haram olduğunu vurğulayıb, eyni zamanda bunun İslamın gözdən salınmasına, İmam Hüseyn əzadarlığının hörmətdən düşməsinə təsir göstərən amil kimi vurğulayaraq, belə günah əməllərdən çəkinməyi söyləyirlər. Lakin müşahidlər göstərir ki, bəzi valideynlər cahillik ucbatından nəinki özləri, hətta azyaşlı uşaqlarını da dini baxımdan günah olan belə əməllərə cəlb edir ki, bu da böyüməkdə olan nəslin milli-mənəvi dəyərlərimizi sağlam ruhda öyrənməsində ciddi əngəl yaradır.
 
Aşkarlanan belə hallarla bağlı valideynlərlə də müvafiq profilaktik söhbətlər aparılıb, bu cür neqativ halların yolverilməzliyi onların diqqətinə çatdırılıb. Dövlət Komitəsi hər il olduğu kimi Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən keçirilən qanvermə aksiyasına xüsusi dəstək verərək, dini icmalarda bununla bağlı təşviqat və təbliğat işlərini bu il də davam etdirib. Cari ildə 7-si Bakı şəhərində, 10-u isə respublikanın böyük şəhər və rayonlarında olmaqla 17 yerdə qanvermə aksiyası keçirilib. Görülən tədbirlər nəticəsində qanvermə aksiyasında artım müşahidə olunub, minlərlə insan bu aksiyada könüllü şəkildə iştirak edib".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb