Uşaqlarını başqa məktəbə keçirmək istəyən valideynlərin DİQQƏTİNƏ

Uşaqlarını başqa məktəbə keçirmək istəyən valideynlərin DİQQƏTİNƏ
SOSİAL
11:14 22.02.2025
1344
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi şagirdlərin elektron yerdəyişməsi prosesi ilə bağlı diqqət edilməli məqamları açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, 2024/2025-ci tədris ilinin II yarımili üzrə 25 fevral saat 15:00-dan etibarən başlayır.

"Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I - X sinifləri əhatə edəcək. Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.

25 fevral 2025-ci il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

İstifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşları sy.edu.az saytında "Digital Login" vasitəsilə qeydiyyatdan keçirək şəxsi kabinet yaradırlar", - məlumatda deyilir.

Qeyd edilib ki, Sy.edu.az sistemində sorğuların yerləşdirilməsi prosesində hər hansı üstünlük hüququ tətbiq edilmir.

"Valideynlər övladları üçün seçdikləri ümumi təhsil müəssisəsində tədris sinfinə uyğun boş yerlərə sorğu verə bilərlər. Həmin müəssisədə boş yer olmadıqda valideynlər övladlarını növbəyə yaza bilərlər. Növbədə gözləyən şagirdlərdən bacı/qardaşı həmin müəssisədə təhsil alırsa, yaxud valideynlərindən biri həmin müəssisədə işləyirsə, qeyd edilən şagirdlərin növbəsi boş yer yarandıqda ilk öncə sorğuya keçir.

Valideynlərin şagird yerdəyişməsi ilə bağlı hər hansı sualları yarandıqda sy.edu.az elektron sisteminin əlaqə bölməsinə, ASAN xidmət mərkəzlərindəki "Təhsil" pəncərəsinə, MÜTDA-nın 146-2 çağrı mərkəzinə, Regional Təhsil İdarələrinə müraciət edə bilərlər", - agentliyin məlumatında deyilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
00:53 09.08.2025
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
00:43 09.08.2025
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
00:42 09.08.2025
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
00:40 09.08.2025
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
00:32 09.08.2025
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək