Uşaqlarınızın kəkələməsinə son qoyacaq mərkəzi siz də tanıyın - FOTOLAR

MARAQLI
02:20 13.05.2016
2820
Nitq qüsurları arasında ən çox rast gəlinən qüsur kəkələmədir. Bu qüsur qızlara nisbətən oğlanlarda daha çox müşahidə olunur. Kəkələmənin yaranma səbəblərinə qorxu, stress, həyəcan, nitq tempinin sürəti və yüklənmiş beyin daxildir. Adətən bu qüsur özünü uşaq yaşlarında ( 3-4 yaş arası ) biruzə verir. 
Bildiyimiz kimi nəfəs diafraqmasının düzgün tənzimlənməsi nəticəsində bu qüsur aradan qalxır. Səlis Danışıq Loqopedik və Psixoloji Mərkəz belə nitq qüsurlu uşaqların çoxluğunu nəzərə alaraq Qafqaz regionunda yeganə aparat olan Bos aparatını Azərbaycana gətirdi.
Bu aparatın köməyilə nəfəs diafraqması düzgün tənzimlənir və nəticədə kəkələmə problemi bir dəfəlik olaraq aradan qalxır.Bundan başqa bu aparat xəstənin müalicə müddətini olduqca sürətləndirir və ritmikanın düzgün idarə olunmasına kömək edir.Mərkəz olaraq valideynlərə bildirmək istərdik ki,kəkələmə tədricən azalan deyil,əksinə çoxalan nitq qüsurudur.
Əgər ki,uşağınızda bu qüsuru müşahidə etmisinizsə, mütləq şəkildə loqopedə və nevropatoloqa müraciət edin. Xəstəliyə kompleks yanaşın.Əlaqə telefonu: 055-372-33-11 və ya 012-408-98-10 Ünvan: "Səlis Danışıq Loqopedik və Psixoloji Mərkəzi"             Nərimanov rayonu, "Metropark"ın yaxınlığıQeyd edək ki, mərkəzin direktoru tanınmış loqoped Xavər Abdullayevadır.
OXŞAR XƏBƏRLƏR