Və başlandı, sanki o, boyda Füzuli şəhərində satılan tək ev Yegişanın evi idi. San ki, bütün rayon camaatı bu evi almaq üçün bir biri ilə mübarizə aparmağa başladılar. Yegişanın ilkin olaraq 3000 rubula satmaq istədiyi mənzilin qiyməti artıq 7000 min rubuldan yuxarı qalxmışdı. Həmin dövrdə Dağlıq Qarabağda yaşayan Azərbaycanlılara ermənilər tərəfindən açıq təziqlər başlanmışdı. Xankəndində, keçmiş Martunidə (indiki Xocavənd rayonu) yaşayan azərbaycanlılar zorla öz evlərindən qovulur əmlakları talan edilirdi. Belə ailələrdən biri də Xocavənd ( keçmiş Martuni) rayonundan olan Abbasov Şükürün ailəsi idi ki, Füzuli şəhərinə pənah gətirmişdilər. Öz doğma evlərini tərk etməyə məcbur olunmuş bu ailə ermənilərdən gizlədib çıxarda bildikləri nə varsa hamısınlı satıb, bir təhər 8000 rubula Yegişanın evini bir at minətinə aldılar. Sonra Yegişadan halalıq istədilər və dedilər ki, sən Allah ayağın nə vaxt bu yanlara düşsə elə bil öz evinizdi gəlin qonağımız olun. Məhəlləmizin camaatı da yığışıb ağlaşa-ağlaşa, “Allah mərdimazarın evini yıxsın” deyə deyə həmin bu Yegişanın ailəsin yola saldılar getdi. Təzə gələn qonşumuz Abbasov Şükür kişinin ailəsi yeni aldıqları evdə yır yığış edir , qapı bacada təmizlik işləri aparırdılar. Digər qonşularımızın isə Yegişa “həsrəti” bitmədiyindən heç bu yazıq Şükür dayıya Humay xalaya bir Allah xeyir versində demirdilər elə bil hamının yası düşmüşdü . Yegişanın qohum əqrabası isə xəstə beyinərindəki formalaşmış iyrənc niyəyətlərini reallaşdırmaqda idilər. Artıq bizim doğma kəndlərimizdə Axulluda, Tuğda, Dağlıq Qarabağın digər kənd və qəsbələrində qətillər törədir get- gedə daha da azqınlaşırdılar. Günlər keçir ermənilər böyük ermənistan xülyasını gerçəkləşdirməyə davam edirdilər Dağlıq Qarabağda köməksiz qalan Azərbaycanlılar öz doğma torpaqlarını müdafiə etmək üçün könüllü özünümüdafiə dəstələri yaradırdılar. Mənim ən böyük arzum isə özünümudafiə dəstəsində döyüşən Axullu kəndində yaşayan qohumlarımızın bizə tez tez gəlib getməsi idi çünkü mən onları görəndə sanki yenidən doğulurdum. Təzə qonşumuz Şükür dayının 21 yaşlı kiçik oğlu Tofiq artıq məhəllədə hamının hörmətin qazanmış, mənimlə isə aramızda 12 yaş fərq olmasına baxmayarq dost olmuşdu. 1991-ci ilin mart ayının 11-də məktəbdən evə qayıdarkən bizdən bir küçə yuxarı küçədə əsgər paltarında olan oğlanla bir gənc qızın söhbət etdiyini gördüm mən bunları görən kimi yürdüm. Onların yanına qaçırdım ki, həmin “amon” paltarı geyinən qəhramandan avtomat gülləsi alım sinif yoldaşlarımın çoxunda boş giliz olduğu halda məndə yox idi. Mən onlara tərəf yaxınlaşanda qəhramanın sevgilisi qaçdı ki, mən onu görməyim. Çatanda gördüyüm bu gənc əsgərin mənim dostum, təzə qonşumuz Şükür dayının oğlu Tofiqin olması bəlkədə həmin gün sevincin nə olduğunu öyrətdi mənə. Çün ki, həmin dövrlərdə mən yaşda uşaqların ən böyük arzusu doğma Azərbaycan dilində danışan əsgər görmək idi. Bizim gördüyümüz əsgərlər isə həmişə rus dilində danışırdı. Həmin gün dostum mənim çantamı aldı, mənimlə bizim evin qarşısına kimi söhbətləşə-söhbətləşə gəldik və mənə söz verdi ki, ona silah verilən kimi mənə avtomat gülləsi vercək . Həmin gündən sonra məktəbdən gələn kimi çantamı qapıdan içəri atıb qaçırdım Tofiq gilə ki, görüm gəlibmi dostum, gətiribdimi mənə güllə. Oğlunun yolun gözləyən sanki, gəlməyəcəyini əvvəlcədən duyan Humay xala məni görən kimi “nənən ölsün bala, gəlmiyib vallah, narahat olma gələn kimi gecədə olsa gəlib səni durquzacam”. Hər gün dostumun gəlmədiyin eşidib kor peşman qayıdırdım evə. Uşaqlarla oynayanda çalışırdlm ki, gedim Şükür dayı gilin qapısının ağzında oynayım ki, birdən Tofiq gələr tez qayıdar görmərəm.
Artıq 1991-ci ilin may ayının sonlarlı idi və bizi məktəbdən yay təhtilinə buraxdılar. Amma dostum gəlib çıxmırdı ki, çıxmırdı 1991-ci ilin iyun ayının 15-dən 16-na keçən gecə yuxudan səs küyə oyandım ki, evimizin bütün otaqlarının işıqları yanır məndən başqa hamı oyaqdır valideynlərim isə evdə yoxdu. Bacım mənə dedi ki, Atam gil gedib xalam gilə indi gələcəklər get yat. Amma qulağıma gələn qışqırıq səsləri, ana fəryadı məndə bir narahatlıq yartmışdı. Bir təhər mürgülüyə- mürgüləyə səhəri açdım səhər yuxudan duranda qapımızın ağzında çoxlu sayda tanımadığım maşınlar dayanmışdı maşınların arası ilə keçə -keçə dostum gilin həyətinə tərəf gedəndə onların qapısına toplaşan adamların arasında bir neçə əsgər gördüm və sevindim ki, yəqin dostum gəlib qaçdım, amma qapıya çatanda iki nəfərin Humay xalanın qolundan tutub zorla saxladığını gördüm. Humay xala məni görən kimi başladı qışqırmağa. Mən çaşıb qalmışdım nə baş verdiyini anlamırdım dostumun anası “ay Tofiq Anan ölsün Bəhruz gəlib dur –dur ay Tofiq Bəhruz gəlib söz vermişdin ki, ona patron gətirəcəksən dur ay Tofiq dur”. Qapıya toplaşan bütün insanlar mənə baxaraq ağlıyırdılar məni sanki tok vurmuşdu soruşmaq istiyirdim ki, nolub, nə baş verib amma sual verməyi bacarmırdım. Başqa bir qonşumuz Vidadi dayının böyük oğlu məndən 6 yaş böyük Habil məni qırağa apardı mən ondan soruşdum ki, Tofiq gəlib dedi hə səhər saat 6-da gətirdilər. Necə yəni gətirdilər dedi ki, qaqa Tofiqi ermənilər öldürüblər o, dəqiqə ağlıma Yegişa gəldi çünki mənim tanıdığım və sifətini gördüyüm erməni təkcə Yegişa və onun ailə üzvləri idi. Soruşdum ki, Habil Tofiqi Yegişa öldürüb dediki, bilmirəm bircə onu bilirəm ki, ermənilər öldürüb. Mən ağlamağa başladım. İlk dəfə idi ki, kövrələrək ağlayırdım. Bu ağlamaq nə kəndə getmək üçün atamın, nənəmin arxasınca ağlamağıma bənziyirdi nədə ki, hansısa bir şeyi aldırmaq üçün günlərlə ağlamağa. Bu sanki ilk ağlamaq idi mənim üçün. Tofiqi apardılar dəfn etməyə. Camaat hamısı getdi dəfinə mən Habillə birlikdə gəldim bizə otura bilmirdim evimizin qarşısındakı Amilin evinə baxanda elə bilirdim ki, Tofiqi bu evin üstündəki dəmir öldürüb. Yegişanı bu evin üstündə görürdüm istəyirdim evi daşa basım ki o, mındar düşsün yerə, tikə tikə olsun. Fikirləşirdim ki, bəlkə elə Tofiqi Amil dayının Yegişaya verdiyi pulnan alınmış silahla öldürüblər. Habilə deyirdim ki, Habil bilsəydik o, vaxtı Yegişanı öldürərdik. Birdən Habil mənə təklif etdi ki, pulun varsa gəl gedək yuxarı məhlədəki mağazadan siqaret alaq çəkək hirsimiz soysun. Gördün ordakı kişilərin hamısı siqaret çəkirdilər. Mən Habilin sözünə inanib ona dedim ki, bizim evdə siqaret var qoy gedim gətirim çəkək gedib evdən Atamın “Madla” siqaretinin içindən 2 dənə götürüb gəldim və biz siareti çəkmək üçün gedik bizim küçədən bir küçə yuxarı siqareti yandırıb qoydum ağzıma və başımı qaldıranda yolun sağ tərəfində, Cəmiyyət müəllimgiln qapısınn ağzında bir qızın için-için ağladığını gördüm. Həmin qızı görən kimi qeyri –ixtiyari tez atdım bu zəhrimarı yerə. Amma qız mənə baxaraq için- için, yanğılı – yanğılı ağlamağa davam edirdi. Sanki bu qız gözümün yaddaşına hək olmuşdu amma evdəkilərə siqaret çəkdiyimi deyəcəyinin qorxusu qızı yadıma salmağa mane olurdu o mənim gözümün içinə baxırdı.
Üstündən 20 il keçməsinə baxmayaraq həmin baxışlar mənim yadaşımda olduğu kimi qalır. Qapını örtüb içəri girəndə yüksək səslə Habilə dedim ki, tanıdım Habil dedi tanıdın get yalvar bizimkilərə deməsin dedim ki, deməz qorxma çünkü onun rəhmətlik Tofiqlə söhbət edən qız olduğu artıq yadıma düşmüşdü. Biz evə qayıdanda tanıdığım ilk Şəhidi artıq Füzuli rayonunun yuxarı Dilağarda kənd qəbirsanlığında dəfn edib qayıtmışdılar. Atam məni görəndə kişi bala hardan gəlirsən gəl bura dedi. Atam hiss edirdi ki, dostumun Vətən uğrunda Şəhid olması mənə pis təsir edib. Başımı sığalladı və mənə dedi ki, kişi bala Şəhidlər ölmürlər bir vaxt özün dərk edəcəksən ki, şəhidlər ölmür sevindim elə bildim ki, dostum qayıdacaq amma qayıtmadı. Sonralar başa düşdüm ki, həqqiqətəndə Şəhidlər ölmür əbədi yaşayırlar. Amma onların naraht ruhları tanıdığım ilk şəhid Tofiqin uşaqlığı keçdiyi Xocavənd rayonunu və eləcə də işğal altında olan digər torpaqlarımızı işğaldan azad edəndən sonra rahatlıq tapacaq.
Axullu kənd sakini Bəhruz Məmmədov