Bakıda paradda iştirak edən türk əsgərinin həzin taleyi - Şəhid dostu ilə eyni gündə şəhid oldu

Bakıda paradda iştirak edən türk əsgərinin həzin taleyi - Şəhid dostu ilə eyni gündə şəhid oldu
DÜNYA
15:42 12.11.2025
402
TSQ-yə məxsus hərbi yük təyyarəsinin Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində şəhid olan Təyyarə Təmiri Şöbəsinin çavuşu Ramazan Yağızun faciəvi hekayəsi Türkiyəni kövrəldib.

AZXEBER.COM xəbər verir ki, Bursa əsilli Ramazan Yağız qəza baş verməzdən bir neçə saat əvvəl – 2022-ci ilin 11 noyabrında şəhid olan həmkəndlisi və uşaqlıq dostu, Piyada Qərargah Çavuşu Emre Sevinçi sosial mediada paylaşaraq onun xatirəsini anıb.

Ramazan Yağız paylaşımında belə yazıb:

"Şəhidlik ildönümün mübarək, cəsur adam.”

Bu paylaşımdan cəmi bir neçə saat sonra isə Yağızun da şəhid olduğu xəbəri gəlib.

Şəhid Emre Sevinçin atası Mehmet Sevinç, sosial şəbəkədə iki dostun fotosunu paylaşaraq bu sözləri yazıb:

"Cənnətdə görüşmək üçün eyni gündə razılaşdınızmı, cəsur oğullarım? Eyni kəndin, eyni torpağın uşaqları...”

Kənd sakinləri iki əsgərin eyni gündə, üç il fərqlə şəhid olmasını böyük kədər və təsəvvürə sığmayan bir təsadüf kimi dəyərləndiriblər.
 
Günel
OXŞAR XƏBƏRLƏR