Uşaqpulu hansı ailələrə verilməlidir? - Millət vəkilindən yeni təklif

Uşaqpulu hansı ailələrə verilməlidir? - Millət vəkilindən yeni təklif
SOSİAL
19:12 14.03.2019
5894
Millət vəkili Vahid Əhmədov hesab edir ki, uşaqların ehtiyaclarının ödənilməsi və onların sağlam böyümələri üçün həmin müavinətlərin bərpasına ehtiyac var.

AZXEBER.COM bildirir ki, ARB TV-nin "Günə Doğru" verilişində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Vahid Əhmədov - Millət vəkili: "Konkret mənim fikrim ondan ibarətdir ki, ümumiyyətlə, bu vəsait bərpa olunmalıdır. Çünki insanlar müəyyən qədər uşaqlarını böyütmək üçün əziyyət çəkirlər. Ona görə də, bu vəsaiti bərpa etməyə imkan kifayət qədər mümkündür. Azərbaycanın kifayət qədər maliyyə ehtiyatları var".

Sakin: "Elə bilirəm ki, vacibdir. Müəyyən kömək olar. Müəyyən xərcləri ödəyə bilər".

Sakin: "Heç olmasa pampersini, yeməyini alar".

Sakin: "Mən də istəyərəm bərpa olsun. Nə qədər olmaya uşaqların istədiklərini qarşılaya bilərik".

Uşaqpulunun bərpa edilməsi ilə bağlı təkliflər hökumətə təqdim edilib. Təkliflərdə uşaqlar yaş qruplarına görə təsnifləşdirilir və 3 yaşınadək uşaqlara daha çox sosial müavinətin verilməsi göstərilib.

Vüqar Bayramov - İqtisadçı: "3 yaşına qədər uşaqlar üçün biz ayda 80 manat uşaq pulunun verilməsini təklif edirik. 3 yaşdan 6 yaşa qədər aylıq olaraq 50 manat uşaq pulunun verilməsini təklif edirik. Eyni zamanda, 7 yaşdan 17 yaşa qədər, yəni məktəb illərində məktəblilərə ayda 40 manat uşaq pulunun verilməsini təklif edirik".

Ekspertin sözlərinə görə, hazırda ölkəmizdə 17 yaşınadək olan uşaqların sayı 2 mln. 614 min nəfərdir. Əgər bu mexanizm daxilində uşaq pulu bərpa olunarsa, dövlət büdcəsindən il ərzində 1.6 mlrd. manat vəsait ayrılmalıdır. Artıq 3 istiqamətdə vəsaitə qənaət edilməsi və uşaq pulunun verilməsi üçün mənbələr də müəyyənləşib.

Vüqar Bayramov - İqtisadçı: "Ünvanlı sosial yardım proqramının məşğulluq proqramına çevrilməsi nəticəsində yaranan qənaətin bu istiqamətdə yönəldilməsi, 2-cisi özünü maliyyələşdirən rayonların sayının artırılması və gələcəkdə hətta rayonların inzibati vahid olaraq sayının artırılması ilə vəsaitə qənaət edilməsi və uşaq pulunun verilməsi üçün yönəldilməsi və infrastruktur xərclərinə qənaət edilməsi və bu istiqamətdə yönəldilməsinin təmin olunması".

Məsələ parlamentin diqqətindədir. Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, hazırda ölkə başçısının tapşırığı ilə 3 yaşına qədər uşaqlara görə verilən müavinətin artırılması məsələsinə baxılır.

Hadı Rəcəbli - Millət vəkili: "Möhtərəm prezidentimizin tapşırığı var. Yenə də həmin qrup, 3 yaşa qədər uşaqların müavinət məsələsinə yenidən baxılma ideyası var. Eyni zamanda, digər məsələlər var ki, uşaqlarla bağlı o məsələlərə baxılacaq".

Uşaqpulu ilə bağlı məsələnin Milli Məclisin komitə iclaslarında müzakirəsindən sonra plenar iclasda gündəliyə daxil edilməsi gözlənilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu