Useyn Bolt peşəkar futbolçu karyerasında ilk qollarını vurub- VİDEO

Useyn Bolt peşəkar futbolçu karyerasında ilk qollarını vurub- VİDEO
İDMAN
19:30 12.10.2018
6613

Avstraliyanın "Sentral Kost Mariners” klubunda çıxış edən atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt peşəkar futbolçu karyerasında ilk qollarını vurub.

"Report" xəbər verir ki, 32 yaşlı yamaykalı sprinter "Makartur Saut Vest Yunayted"lə keçirilən yoldaşlıq matçında dubla imza atıb. Bolt sözügedən görüşdə komandasının son iki qolunun müəllifi olub.

Qeyd edək ki, qarşılaşma "Sentral Kost Mariners”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

OXŞAR XƏBƏRLƏR