Useyn Boltdan da bərk qaçan tapıldı

İDMAN
14:30 07.06.2013
1927

Dünyanın ən sürətli atleti hesab edilən Üseyin Bolt “Daymond Liq”də gözlənilmədən məğlub olub.

AZXEBER.COM-un məlumatına görə, Roma Olimpiya Stadionunda keçirilən 100 metrəyə qaçış üzrə “Golden Gala” yarışında yamaykalı idmançı finişə ikinci çatıb.

Birinci yeri isə ABŞ-ı təmsil edən Qadlin tutub. O, 100 metr məsafəni 9.94 saniyəyə qaçıb. Maraqlıdır ki, Bolt rəqibindən cəmi 0.01 saniyə geri qalıb – 9.95.

OXŞAR XƏBƏRLƏR