Usta tanışı ilə birgə 20 mənzili qarət etdi - VİDEO

Usta tanışı ilə birgə 20 mənzili qarət etdi - VİDEO
SOSİAL
18:43 15.05.2020
861

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayon sakinləri Elçin Mirzəyev və Vüsal Həsənov saxlanılıblar. 

"Report”un məlumatına görə, onlar Masazır kəndində, Qurtuluş yaşayış massivində və Mehdiabad qəsəbəsində, ümumilikdə, 20 evdən oğurluq ediblər. 

Mənzillərə daxil olan oğrular oradan məişət əşyaları, su mühərriki, təmir-tikinti və elektrik avadanlıqları, eləcə də digər qiymətli əşyaları aparıblar.

Qeyd edək ki, saxlanılan Vüsal Həsənov ev ustasıdır və onu bu işə Elçin Mirzəyev təhrik edib. 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işinə başlanılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR