Baş Prokuroluqdan "UĞUR-777" və Gülbadə Abdullayeva ilə bağlı - AÇIQLAMA

Baş Prokuroluqdan "UĞUR-777" və Gülbadə Abdullayeva ilə bağlı - AÇIQLAMA
SOSİAL
15:47 20.07.2026
988
Baş Prokurorluq "UĞUR-777” estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama yayıb.

AZXEBER.COM xəbər verir ki, qurumun məlumatına görə, "UĞUR-777” estetik mərkəzində qanunsuz tibbi fəaliyyət və Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi ilə bağlı yayılan məlumatlar əsasında Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb və cinayət işi başlanıb.

İbtidai istintaq zamanı toplanan sübutlar əsasında üç nəfər müxtəlif maddələrlə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə ittiham aktı təsdiqlənərək 22 aprel 2026-cı ildə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə baxışı davam edir.

Baş Prokurorluq bildirib ki, Gülbadə Abdullayeva barəsində Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə cinayət təqibinə amnistiya qərarının tətbiqi ilə əlaqədar xitam verilib. Həmçinin istintaq zamanı onun əməllərində Cinayət Məcəlləsinin 142.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri müəyyən edilməyib.

Bundan başqa, Gülbadə Abdullayeva tərəfindən zərərçəkmiş şəxsə vurulmuş 2 min manat maddi ziyanın və dövlət büdcəsinə ödənilməli olan 500 manatın tam həcmdə ödənilməsi təmin olunub.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 428.1-ci maddələri ilə başlanmış icraat nəticəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri