Tədbirdə çıxış edən Azxeber.com portalının baş redaktoru Hacıbəy Heydərli tədris mərkəzinə uğurlar arzulayıb. O deyib ki, hər bir tədris mərkəzi öz işlərini cəmiyyətə təqdim etməlidir və bu məsələdə sosial şəbəkələrin, internet medianın rolu danılmazdır.
Tədbirdə çıxış edən Lider Televiziyasının jurnalisti Vüqar Səfərli, təlimçi Fərhad Abdullazadə və digər qonaqlar iştirak ediblər. Onlar tədris mərkəzini təbrik edərək, kollektivə uğurlar arzulayıblar. Qeyd olunub ki, yeni fəaliyyətə başlayan mərkəzdə Abituriyent və Magistr hazırlığı, xarici dillərin tədrisi, məktəblilərin hazırlığı ilə yanaşı, eyni zamanda Loqoped xidməti, Psixologiya, Jurnalistika və Motivasiya təlimləri də keçiriləcək. Sözügedən tədris mərkəzində ödənişsiz seminarlar və abituriyentlər üçün mütəmadi olaraq sınaq imtahanları da təşkil olunacaq.



