Uğurlu gənclər 'IB Gənclər Məclisi'ndə çıxış etdi - FOTOLAR

GƏNCLİK
18:14 15.05.2012
2388
13 may 2012-ci il tarixində baş sponsoru "Vita1000" meyvə şirələri olan və “IB Club” tərəfindən təşkil olunan növbəti “IB Gənclər Məclisi” uğurla yekunlaşdı. "IB Gənclər Məclisi" yenilikçi, uğurlu və fərqli gənclərin və gənc ruhlu şəxslərin öz bacarıqlarını və kəşflərini insanlarla bölüşdüyü gənclər məkanıdır. Ötən Məclisdən fərqli olaraq, bu məclisdə çıxış edən spikerlər öz sahəsinin peşəkarı olan gənclər və gənc ruhlu şəxslər idi. Məclis, jurnalist Yusif Kərimli və Hacıbəy Heydərov, psixoloq Murad İsayev, məşhur gülüş ustası Elməddin Cəfərov, fgotoqraf İsa Aydın, təlimçi Ayaz Abuşov, marketoloq Vüsal Qəmborov, İlkin Manafov, Roya Babayev və Aydın Əhmədov və HR mütəxəssis Leyla Əmirovanın çıxışı ilə yaddaşlarda qaldı. Layihənin rəhbəri Nümrəddin Hüseynovun verdiyi məlumata görə, məclis psixoloji, öyrədici, motivasiya edici və həmçinin də gəncləri düşünməyə vadar edən çıxışlardan təşkil olunmuşdu. Məclisdəki 11 sSpikerin çıxışı 200 nəfərlik auditoriya tərəfindən böyük maraqla qarşılandı. Çox əla təşkil olunmuş və iştirakçılar tərəfindən böyük maraq və diqqətə səbəb olan məclisin təşkilatçıları, artıq növbəti “IB Gənclər Məclisi” üçün işlərə başlayıblar. Layihənin sponsorları: "Petkim", "Pierre Cardin", "Alma Store", "belia" youth marketing, "Secret" kitab dünyası, "S&N", "Bizim Tarla", "LIB" dil dərsləri, "Desperado" musiqi məktəbi, "Vinni", "25 Advert" reklam agentliyi, "NANO" kompüter mağazaları, və "Velorent".Layihənin tərəfdaşı: YAP Gənclər BirliyiTəşkilatı dəstək: Bakı Film İnstitutu, Gənclərin İnkişaf Mərkəziİnformasiya dəstəyi: azxeber.com, resurs.az, foxnews.az, inkisafmerkezi.az Xatırladaq ki, Yanvar ayının 29-da keçirilən İlk Məclisdən Sonra, İlin ikinci məclisi - "IB Gənclər Məclisi – Bahar Vitamini” 13 May 2012 tarixinə təsadüf etdi. "IB Club" gənclərin inkişaf mərkəzidir və “IB Gənclər Məclisi” bir “IB Club” məhsuludur.

OXŞAR XƏBƏRLƏR