“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinə start verildi - FOTOLAR

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinə start verildi - FOTOLAR
SOSİAL
16:12 14.01.2026
380
Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), "Marsol Group” və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, "Birbank Biznes”in rəsmi tərəfdaşlığı ilə 3-cü dəfə "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinə start verilib.

AZXEBER.COM xəbər verir ki, bu məqsədlə "Bakı KOB evi”ndə keçirilən tədbirdə layihənin təşkilinə dəstək göstərən təşkilatların nümayəndələri və qadın sahibkarlar iştirak ediblər.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev çıxış edərək ölkəmizdə qadın sahibkarlığın inkişafına dəstək tədbirləri, bu sahədə özəl sektorun təşəbbüsləri və layihə barədə ətraflı məlumat veriblər. Bildirilib ki, artıq üçüncü ildir keçirilən layihənin məqsədi qadın sahibkarların iqtisadi və sosial həyatda fəallığının artırılması və onlar arasında işgüzar əlaqələrin genişləndirilməsidir. Builki layihədə müxtəlif sektorları təmsil edən 100-dən çox qadın sahibkar iştirak edəcək. Layihə çərçivəsində müxtəlif mövzularda təlim, seminar və master klaslar, işgüzar görüşlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər təşkil ediləcək.

Tədbirin davamında layihə ilə bağlı video çarxlar nümayiş olunub, həmçinin builki layihənin baş sponsoru "Məlhəm Beynəlxalq Hospital”ın rəhbəri Sevda Əlizadə, layihə iştirakçısı "İNDO” İctimai Birliyinin sədri Zöhrə Həsənova və "FFF+N” şirkətinin təsisçisi Tacirə İslamova çıxış edərk layihə ilə bağlı öz fikirlərini bildirib və təşkilatçılara təşəkkür ediblər.

Qeyd edək ki, "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi 2024-cü ildən icra olunur. Builki layihənin baş sponsoru "Məlhəm Beynəlxalq Hospital”, sponsoru "Corian Baku”, tərəfdaşları "Ətirşah Parfüm” və "Gizli Bahçe” restoranı, promo tərəfdaşı isə "Moon Group”dur. Layihənin bu ilin mart ayında başa çatdırılması nəzərdə tutulub.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
15:20 12.08.2026
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
15:05 12.08.2026
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
15:02 12.08.2026
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
14:58 12.08.2026
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
14:57 12.08.2026
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
14:46 12.08.2026
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir
14:35 12.08.2026
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir
İngiltərədə rekord istilər iqtisadiyyata milyardlarla zərər vurur
14:33 12.08.2026
İngiltərədə rekord istilər iqtisadiyyata milyardlarla zərər vurur
Ev təmiri və digər ehtiyacların üçün Yelo-dan sərfəli kredit fürsəti!
14:28 12.08.2026
Ev təmiri və digər ehtiyacların üçün Yelo-dan sərfəli kredit fürsəti!
"Sabah"a tarixi uğur qazandıran baş məşqçi - Valdas Dambrauskas kimdir?
14:23 12.08.2026
"Sabah"a tarixi uğur qazandıran baş məşqçi - Valdas Dambrauskas kimdir?
Qurban Qurbanov: Hər şey yoluna düşəcək
14:21 12.08.2026
Qurban Qurbanov: Hər şey yoluna düşəcək
Özünü öldürmə həddinə çatdırma maddəsi ilə iş açıldı - Meşədə meyitləri tapılanlarla bağlı
14:20 12.08.2026
Özünü öldürmə həddinə çatdırma maddəsi ilə iş açıldı - Meşədə meyitləri tapılanlarla bağlı
Dünən dənizdə batan “Krosna”nın solisti imiş
14:16 12.08.2026
Dünən dənizdə batan “Krosna”nın solisti imiş
Dörd rayonda yanğın törədənlər saxlanıldı
13:51 12.08.2026
Dörd rayonda yanğın törədənlər saxlanıldı
Çempionlar Liqası:"Hapoel" - "Sabah" oyununun başlama vaxtı və yeri açıqladı
13:44 12.08.2026
Çempionlar Liqası:"Hapoel" - "Sabah" oyununun başlama vaxtı və yeri açıqladı
Ukrayna NATO-dan kömək istədi: Təhlükə getdikcə artır
13:33 12.08.2026
Ukrayna NATO-dan kömək istədi: Təhlükə getdikcə artır