Uğurlu və dinamik inkişaf ili: 2022-ci ildə ölkəmiz daha da inkişaf edəcək

Uğurlu və dinamik inkişaf ili: 2022-ci ildə ölkəmiz daha da inkişaf edəcək
SİYASƏT
11:18 15.04.2022
1276
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişafa dair milli prioritetlər dayanıqlı yüksəliş strategiyasının növbəti mükəmməl yol xəritəsidir.
Dövlət başçısının tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlar nəticəsində respublikamızın sosial inkişafı istiqamətində mühüm uğurlar əldə edilir İstər beynəlxalq müstəvidə - diplomatiya, xarici münasibətlər, istərsə də ölkədaxili sosial-iqtisadi sahələrdə dayanıqlı inkişafı təmin etmək dövlətimizin prioritet istiqamətlərindən biridir. 
Cənab İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə çox mühüm məqamlara toxundu, vacib mesajlar verdi. Dövlət başçısının diqqət yetirdiyi məsələlərdən biri də postmüharibə dövrünün reallıqları, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması oldu. O, Bakının konkret - birmənalı və prinsipial mövqeyini, atılan addımları - cərəyan edən prosesləri, Brüssel görüşünün nəticələrini bir daha nəzərə çatdırdı. Sülh sazişinin imzalanması məsələsinə və Azərbaycanın irəli sürdüyü beş maddədən ibarət baza prinsiplərinin mahiyyətinə toxunan İlham Əliyev "Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir”, - deyə vurğuladı.
Proseslər ümidverici - müsbət və gələcəyə yönəlikdir. Reallıq budur ki, Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticə və səmərə verir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə başlayaq”. 
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı vəziyyət dəyişib və regionun gələcək kinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı vəziyyət dəyişib və regionun gələcək inkişafı üçün nadir imkanlar yaranıb. Bu imkanlar xüsusən də yeni kommunikasiyaların açılmasını, nəqliyyat dəhlizlərinin yaradılmasını şərtləndirir. Region ölkələrinin birgə əməkdaşlığı sayəsində həyata keçiriləcək müştərək layihələr əlbəttə ki, ilk növbədə bölgənin sürətli inkişafı üçün real zəmin yarada bilər.
Yeni reallıqları dəyərləndirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev də məhz bu prinsipləri nəzərə alaraq regionda yeni "3+3” əməkdaşlıq formatının yaradılması təklifini irəli sürüb. Bu, Azərbaycan, Türkiyə, Rusiya və İran, Gürcüstan, Ermənistan əməkdaşlığını nəzərdə tutan platformadır.
Artıq xeyli müddətdir ki, dövlət başçısının təklifi geniş müzakirə mövzusuna çevrilib. İqtisadçılar, siyasətçilər də birmənalı olaraq qeyd edirlər ki, bu format ilk növbədə bölgənin gələcəkdə təhlükəsizliyini gücləndirə bilər.
Birinci rübün yekunları qiymətləndirərkən ölkə başçısı bildirmişdir ki, ölkəmizin iqtisadi göstəriciləri çox müsbətdir. Ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatı 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında artım 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar iqtisadiyyatımızın inkişafını göstərir.
Ölkəmizin xarici ticarət dövriyyəsi 60%-dən çox artıb. İxrac təxminən iki dəfə artıb. Bütün bu nəticələr möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan geniş miqyaslı iqtisadi islahatların nəticəsində əldə olunmuşdur.
Dövlət başçısnın diqqət və qayğısı nəticəsində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, şəhərimizə edilən 
səfərlər  zamanı dövlət başçısının verdiyi tapşırıqların uğurlu icrası sayəsində Naftalan daha da inkişaf edib, sakinlərimizin rifahı əhəmiyyətli dərəcədə yüksəlib. 
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "Naftalan beynəlxalq turizm mərkəzinə çevrilib” fikirləri ilə Naftalanın turizm potensialdan daha da səmərəli şəkildə istifadə olunmağa başlanılıb. 
Ölkə başçısının şəxsi təşəbbüsü ilə həyata keçirilən proqramlar sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıralara yüksəlib.  


Naftalan şəhər sakini Kəmalə Hüseynova

OXŞAR XƏBƏRLƏR