İspaniya millisinin baş məşqçisi Visente Del Boske komandasının növbəti illərdə uğurun davamını gətirməsinin çətin olacağını bildirib.FİFA-nın rəsmi saytına danışan təcrübəli mütəxəssis artıq rəqiblərinin onları yaxşı tanıdıqlarını vurğulayıb:
"Artıq rəqiblərimiz bizi daha yaxşı tanıyır və analiz edir. Buna görə də bizə qarşıdakı illərdə çox çətin olacaq. Bununla belə, əsas məsələ bizim özümüzə olan inamımızdır. Hər oyunu ilk 10 dəqiqədə qazanacağımızı düşünmürük. Səbrlə hərəkət edirvə sonadək mübarizə aparırıq.Gələcək karyerama gəlincə, hələ ki, 61 yaşım var. Daha bir neçə il işlədikdən sonra karyeramı başa vurmağı düşünürəm".//qol.az