Vadji "Qarabağ" azarkeşlərinə təşəkkür etdi - FOTO

İDMAN
14:40 30.08.2022
286
Fransa 2-ci Liqa təmsilçisi "Sent-Etyen"ə keçən İbrahima Vadji "Qarabağ" klubu və azarkeşləri ilə sağollaşıb. 

AZXEBER.COM xəbər verir ki, 27 yaşlı hücumçu sosial şəbəkə hesabında keçmiş komandası barədə paylaşım edib:

"Bütün ailəmi - klubda çalışanlar, dəyərli qardaşlarım və "Qarabağ" azarkeşlərini salamlayıram. Bu vida mesajıdır. Gözlənilmədən ayrıldığıma görə bunu üz-üzə edə bilmədim. Lakin əmin olun ki, çox gözəl xatirələr yaşadım. Çox tez başa çatsa da, bu, möhtəşəm macəra idi. Hamınıza uğurlar arzu edirəm, hər şey üçün təşəkkürlər". 

Qeyd edək ki, Vadji "Sent-Etyen"lə 3 illik müqavilə bağlayıb.

OXŞAR XƏBƏRLƏR