Vahid Əhmədov: Laçın dəhlizində gömrük və sərhəd-keçid məntəqəsi olmalıdır

Vahid Əhmədov: Laçın dəhlizində gömrük və sərhəd-keçid məntəqəsi olmalıdır
SOSİAL
13:16 24.02.2023
107
"Laçın dəhlizində nəzarət mexanizmini həyata keçirmək üçün Rusiya ilə danışıqlar davam etməlidir”.
 
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
 
"Laçın dəhlizində gömrük və sərhəd-keçid məntəqəsi olmalıdır ki, Ermənistandan Qarabağa silah və sursat daşınmasın. Rusiya sülhməramlılarının orada faktiki qalma müddəti var. Eyni zamanda Qarabağdan qanunsuz erməni hərbi birləşmələri çıxarılmalıdır. Beləliklə, həm Laçın dəhlizi, həm də Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin çıxarılması məsələsi həllini tapmalıdır”, - deyə Vahid Əhmədov vurğulayıb.
 
///Apa
OXŞAR XƏBƏRLƏR