Vahid məktəbli forması ilə bağlı yekun qərar elan olunub

MARAQLI
19:00 07.01.2011
1886

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərində vahid məktəbli formasının seçimində yekun qərarını elan edib. İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, I-IV siniflər üçün forma müəyyənləşdirilmişdi. Onun sözlərinə görə, hazırda Bakının bütün məktəblərində ibtidai sinif şagirdlərin 90 faizdən çoxu məktəbə bu geyimdə gəlir: “Biz elan etmişdik ki, 2011/2012-ci tədris ili V-XI sinif şagirdləri üçün də vahid məktəbli geyiminə keçid ili olacaq. Artıq məktəbli formasının seçim prosesi başa çatıb”.Zəminə Əliqızı deyib ki, vahid məktəbli formasının seçimi prosesində Valideyn-Müəllim Assosiasiyası da iştirak edib. Onun sözlərinə görə, yekun qərar belə olub ki, I-VI sinif şagirdlərinin vahid məktəbli forması bir, VII-XI sinif şagirdlərinin isə geyimi başqa cür olsun.Beləliklə, Bakının orta ümumtəhsil məktəbləri üçün 2 növdə vahid məktəbli geyimi müəyyənləşib. Bunlardan biri I-VI, digəri isə VII-XI sinif şagirdləri üçün nəzərdə tutulur. Zəminə Əliqızı deyib ki, VII-XI sinif şagirdləri üçün vahid məktəbli geyimi forması yanvarın 12-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində keçiriləcək mətbuat konfransında nümayiş etdiriləcək.

//Lent.az

 

OXŞAR XƏBƏRLƏR