Vakansiya adı altında qadınlara qeyri-etik təklif - Ekspert risklərdən danışdı

Vakansiya adı altında qadınlara qeyri-etik təklif - Ekspert risklərdən danışdı
SOSİAL
12:51 16.10.2026
131
Sosial şəbəkələrdə 750-900 manat əməkhaqqı ilə iş təklif edən şəxsin vakansiyaya müraciət edən qadına qeyri-etik təkliflər etməsi gündəm olub."Kassir, nəzarətçi, satıcı axtarılır” başlığı ilə paylaşılan iş elanına müraciət edən qadınla elan sahibi arasında baş tutan yazışmalar sosial şəbəkələrdə yayılıb. Yazışmalardan görünür ki, elan sahibi iş üçün müraciət edən qadına təkcə işçi deyil, həm də sevgili axtardığını bildirib. O, qadına işlə bağlı məlumat vermək əvəzinə şəxsi münasibət qurmağı təklif edib.

Hadisə iş elanlarının etibarlılığı və iş axtaran şəxslərin bu cür hallardan qorunması məsələsini yenidən gündəmə gətirib.

İnsan resursları üzrə menecer Röyal Əhmədov AZXEBER.COM-a açıqlamasında deyib ki, əmək bazarında bu cür halların gündəmə gəlməsi ciddi narahatlıq doğurur:

 


"Son dövrlərdə əmək bazarında bu cür halların gündəmə gəlməsi ciddi narahatlıq doğurur. İşəgötürənin vakansiya paylaşaraq namizəddən həm işçi, həm də şəxsi münasibət quracağı bir şəxs olmasını gözləməsi işə qəbul etikasına ziddir. Çünki vakansiya əməkdaşlığa dair peşəkar təklifdir və burada əsas meyar namizədin bilikləri, bacarıqları və vəzifəyə uyğunluğu olmalıdır.
Bu cür halların artmasının səbəblərindən biri işaxtaranların çətin vəziyyətindən sui-istifadə edilməsi ola bilər. Xüsusilə iş tapmaqda çətinlik çəkən, maddi ehtiyac içində olan şəxslər bəzən arzuolunmaz təkliflərlə qarşılaşırlar. Məhz buna görə işəgötürənlə işaxtaran arasındakı münasibətlərdə etik normaların qorunması vacibdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR