Vaksin olunanlarla bağlı son rəqəmlər açıqlandı

SOSİAL
19:07 14.10.2021
127
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 441 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 763, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 678 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 106 934, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 929 657, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 4 177 277 təşkil edir.

OXŞAR XƏBƏRLƏR