Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli turnirində 12 qrupdan 48 komanda mübarizəyə qoşulub.Bu turun bütün qarşılaşmalar eyni gündə keçirilib. 24 görüşün 12-si Bakı vaxtı ilə saat 22:00-da, qalanları isə 00:05-də baş tutub.Azərbaycanlı futbolsevərlərin yaxından maraqlandığı qarşılaşma Sloveniyada keçirilib. Millimizin üzvü Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın “Rubin” klubu səfərdə “Maribor”un qonağı olub. Bu qarşılaşmada Kazan təmsilçisi 5:2 hesabı ilə darmadağın edib. Abışov isə matçda iştirak etməyib. O, son məşqlərin birində zədəli olduğundan oyunun iştirak ərizəsində yer almayıb.Digər bir maraqlı görüşdə isə qardaş ölkə Türkiyənin “Trabzonspor” klubu səfərdə Kipr “Apollon”u ilə üz-üzə gəlib. Qara dəniz təmsilçisi ilk dəfə yer aldığı Avropa Liqasının qrup mərhələsinin oyunlarına qalibiyyətlə başlayıb. Mustafa Akçayın yetirmələri rəqibi 2:1 hesabı ilə məğlub edib.Avropa LiqasınınQrup mərhələsininI tur19 sentyabrA qrupu“Sent Qallen” (İsveçrə) – “Kuban” (Rusiya)- 2:0QOL:Martiç, 56, Matyis, 76Qırmızı vərəqə:Kabore, 90 (“Kuban”)“Valensiya” (İspaniya) – “Suonsi” (İngiltərə)- 0:3QOL:Vilfrayd, 14, Miçu, 58, De Quzman, 62Qırmızı vərəqə:Adil Rami, 10 (“Valensiya”)B qrupu“Dinamo” (Xorvatiya) – “Çernomorets” (Ukrayna)- 1:2QOL:Fernandes, 43 - Antonov, 62, Cece, 65PSV (Hollandiya) – “Ludoqorets” (Bolqarıstan)- 0:2QOL:R. Bezyak, 60, Misican, 74C qrupu“Zalsburq” (Abstriya) – “Elfsborq” (İsveç)- 4:0QOL:Alan, 36, Soriyano, 44 (pen.), 69, 79“Standard” (Belçika) – “Esbyerq” (Danimarka)- 1:1QOL:Biya, 73- Van Buren, 63D qrupu“Maribor” (Sloveniya) – “Rubin” (Rusiya)- 2:5QOL:M. Mileç, 35, Fayiç, 73 - G, Qaradəniz, 23, Markano, 27, Yeremenko, 69, Rondon, 90, Ryazantsev, 90+1“Zulte Varegem” (Belçika) – “Viqan” (İngiltərə)- 0:0E qrupu“Fiorentina” (İtaliya) – “Pakos de Fereyra” (Portuqaliya)- 3:0QOL:Rodriqez, 30, Matos, 67, Rossi, 76“Panduri” (Rumıniya) – “Dnepr” (Ukrayna)- 0:1QOL:Ruslan Rotan, 38F qrupu“Ayntraxt” (Almaniya) – “Bordo” (Fransa)- 3:0QOL:Kadleç, 4, Marko Russ, 16, Cakpa, 52Qırmızı vərəqə:Lukas Alfonso Orban, 62 (“Bordo”)“Makkabi” (Təl-Əviv, İsrail) – APOEL (Kipr)- 0:0G qrupu“Dinamo” (Ukrayna) – “Genk” (Belçika)- 0:1QOL:Qorius, 64“Tyun” (İsveçrə) – “Rapid” (Avstriya)- 1:0QOL:Krisyian Şnevli, 35H qrupu“Eştoril” (Portuqaliya) – “Sevilya” (İspaniya)- 1:2QOL:Miqel, 61 - Vitolo, 59, Kevin Qameyro, 77“Frayburq” (Almaniya) – “Liberets” (Çexiya)- 2:2QOL:Şuster, 23 (pen.), Mehmedi, 35 - Kalitvintes, 67, Rabusiç, 74Qırmızı vərəqə:Karim Qude, 78 - S. Ribalka, 90İ qrupu“Betis” (İspaniya) – “Lion” (Fransa)- 0:0“Gimaraynş” (Portuqaliya) – “Riyeka” (Xorvatiya)- 4:0QOL:Ba Abdulaye, 36, Planqe, 48 Mussa Maazou, 68 (pen.), Andre, 81J qrupu“Apollon” (Kipr) – “Trabzonspor” (Türkiyə)- 1:2QOL:Sanqoy, 18 (pen.) - Maluda, 20, Y, Ərdoğan, 86“Latsio” (İtaliya) – “Legiya” (Polşa)- 1:0QOL:Hernanes, 53K qrupu“Şerif” (Moldova) – “Anji” (Rusiya)- 0:0“Tottenhem” (İngiltərə) – “Tromse” (Norveç)- 3:0QOL:Defo, 21, 29, Eriksen, 86L qrupu“Makkabi” (Hayfa, İsrail) – “AZ Alkmaar” (Hollandiya)- 0:1QOL:Qudmundsson, 71PAOK (Yunanıstan) – “Şaxtyor” (Qazaxıstan)- 2:1QOL:Atanasiadis, 75, Vukiç, 90 - Kanas, 50 (pen.)Qırmızı vərəqə:Andrey Porivayev, 87