Validə Abbasova qızı ilə bağlı çıxan xəbərlərə əsəbləşdi - FOTO

MAQAZİN
11:34 15.08.2013
7415
“Miss Millenium” Validə Abbasova qızı ilə bağlı yayılan xəbərlərə əsəbiləşib. 
Model Axşam.az saytına açıqlamasında övladı ilə bağlı xəbərlərin yazılmasına qadağa qoyduğunu bildirib: “Heç vaxt ailəm, qızım Kamilla haqda açıqlamalar verməmişəm. İndiyədək həmişə susmuşam. Bundan sonra mətbuatda qızım haqda yazılmasına icazə vermirəm. Bunlar qanuna zidd hərəkətlərdi. Heç kim mənim icazəm olmadan ailəmdən yazmasın. Əks halda məhkəmə qarşısında cavab verəcəklər”.Xatırladaq ki, bir neçə gün öncə mediada Validə Abbasovanın qızı Kamillanın nişanlandığı haqda xəbər yayılıb.

OXŞAR XƏBƏRLƏR