Röya keçmiş həyat yoldaşı Anar haqda danışdı: "Evləndiyimiz gün onun bütün..."

Röya keçmiş həyat yoldaşı Anar haqda danışdı: "Evləndiyimiz gün onun bütün..."
MAQAZİN
15:23 24.12.2025
1201
"Mən 10 il onu sevmişəm, kasıb oğlana ərə getmişəm".
 
AZXEBER.COM xəbər verir ki, bunu Xalq artisti Röya deyib.
 
ARB TV-də yayımlanan "Elgizlə izlə" verilişində qonaq olan sənətçi ailə həyatından danışıb:
 
"Mən kasıb oğlana ərə getmişdim. Ola bilsin, quru adı var idi, amma evləndiyimiz gün onun bütün bank kartları və hesabları bloklanmışdı. Amma mən 10 il onu sevmişəm. Çox gözəl ailəmiz var idi. Kaş ki, kənar müdaxilələr olmasaydı...Ailələr uşaqlarının həyatına qarışmamalıdır. Biz öz ailəmizi qurduq, işlədik, gözəl də yaşayırdıq.
 
Gedib onun ailəsinə nəsə deyirdilər, onların da fikri bizə qarşı dəyişirdi, söz-söhbət olurdu. Bizə müdaxilə olunmasa idi, biz bu gün də xoşbəxt ailə olaraq yaşayacaqdıq".
 
Aysel
OXŞAR XƏBƏRLƏR