Valideynlər uşaqlara “Küftəxanım”, “Kələbək”, “Duam” adlarını vermək istəyiblər

Valideynlər uşaqlara “Küftəxanım”, “Kələbək”, “Duam” adlarını vermək istəyiblər
SOSİAL
17:32 12.01.2017
1704
 
"Ötən il Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən 286 müraciət daxil olub”.

Bunu açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Sədr müavini bildirib ki, quruma daxil olan müraciətlərin 200-nə müsbət cavab verilib: 

"86 müraciətdə əks olunan adların qoyulmasına isə icazə verilməyib. Vətəndaşlar qeydiyyat şöbəsinə körpəsinə ad qoymaq üçün və ya öz adlarını dəyişmək üçün müraciət edirlər”.

S.Sadıqovanın sözlərinə görə, son dövrlərdə ən çox ikili adların verilməsinə meyli çoxdur: "Məsələn "Əkbər İmran”, "Şuşa Emin”, "Yaqub Qalib” adlarının qoyulması ilə bağlı Komissiyaya məktublar daxil olub. Azərbaycan dilinin ədəbi dil normalarına görə ad mürəkkəb söz kimi yazılırsa, onun qoyulmasına icazə verilir. 

Amma ayrı yazılırsa, adlar sisteminə ziddir, yəni olmaz. Müraciət edənlər isə adların ayrı yazılmasını istəyir, yəni iki adı daşımaq istəyirlər. Biz cavabda da qeyd etmişik ki, bu adların birini götürə bilərsiniz, amma onlar hər iki xüsusi ismi məhz ad olaraq götürmək istəyirlər. Bu isə dilin qrammatik quruluşuna uyğun deyil. Həmin adların bitişik yazılması üçün də müəyyən qaydalar qorunmalıdır”.

Mütəxəssis ötən il, adların türk dilinə uyğunlaşmasına, yəni "ə” hərfi əvəzinə "e” hərfindən istifadəyə də maraq artdığını deyib. O bildirib ki, belə olan halda Azərbaycan dilinin qrammatik quruluşu pozulur: 

"Bu səbəbdən də 2016-cı ildə qoyulması üçün müraciət olunan "Mehdi” adının "Məhdi”, "Əmrah” adının "Emrah”, "Əmir” adının isə "Emir” formasında qoyulmasına icazə verilməyib. 

Çünki bu forma türk dilininin qrammatikasına uyğun ola bilər, amma Azərbaycan dilinin qanunlarına uyğun deyil. Düzdür, bizim əlifbamızda həm "ə”, həm də "e” saiti var, amma qeyd olunan adlarda Azərbaycan dilinin qrammatik qayda-qanunu pozulur. Həm də "Mehdi”, "Əmrah”, "Əmir” adları dilimizdə formalaşmış adlardır, biz onları dəyişə bilmərik. Hamı bu tendasiya ilə getsə dilin qrammatik quruluşu pozular”.

O qeyd edir ki, Terminologiya Komissiyasın adlarının qaydalara uyğun olaraq qoyulduğu halda fərqli ad ilə dəyişmək istəyən şəxslərin də müraciətləri daxil olur: 

"Mülki Məcəllədə təbii ki, buna icazə var, mümkündür. Adını dəyişən şəxs ciddi səbəb göstərməlidir və yeni seçilən adlar dilin qayda-qanunlarına uyğun olmalıdır. Məsələn, Sevda adlı xanım müraciət edib ki, adını "Sevana”, Pərvanə adlı xanım isə, öz adının türk dilində olan forması "Kələbək”, Dünyamalı adlı şəxs isə adını "Daniel” qoymaq istəyir. "Sevana” erməni mənşəli sözdür, "Kələbək” və "Daniel” sözü isə Azərbaycan dilinin ad sisteminə uyğun deyil. Bu səbəblərdən də müraciətlərə müsbət cavab verilmədi, çünki bu adların qoyulmasına icazə vermək olmaz”.

Sədr müavini ötən il komissiyaya daxil olan müraciətlərin içərisində qoyulmasına icazə verilməyən digər adları da açıqlayıb. Siyahıda "Edvart Kan”, "Haspina”, "Ariana”, "Nuraairis”, "Duam”, "Küftəxanım”, "Atika”, "Ayasofiya”, "Fatimeyizəhra” adları da var.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR
00:27 17.04.2026
Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR
“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib - FOTOLAR
00:13 17.04.2026
“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib - FOTOLAR
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO
00:10 17.04.2026
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO
İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO
00:09 17.04.2026
İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO
KATV-1-də internet problemi: Sakinlər 2 saatdır internetsiz qalıb
00:01 17.04.2026
KATV-1-də internet problemi: Sakinlər 2 saatdır internetsiz qalıb
Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb
23:55 16.04.2026
Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
23:44 16.04.2026
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
23:33 16.04.2026
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO
23:20 16.04.2026
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO
Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
23:10 16.04.2026
Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
22:50 16.04.2026
Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir? VİDEO
22:46 16.04.2026
Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir? VİDEO
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər
22:39 16.04.2026
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər
Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür
22:29 16.04.2026
Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür
İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
22:19 16.04.2026
İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
“BMW” ilə motosiklet toqquşdu
22:05 16.04.2026
“BMW” ilə motosiklet toqquşdu