Valideynlərin diqqətinə: Ucuz məktəbli formaları ilə bağlı çağırış - VİDEO

Valideynlərin diqqətinə: Ucuz məktəbli formaları ilə bağlı çağırış - VİDEO
SOSİAL
20:50 18.08.2026
137
Məktəblərin açılmasına sayılı günlər qalıb. Valideynlər artıq həyəcan və təlaş içində övladlarının məktəb hazırlıqlarına başlayıblar.

AZXEBER.COM Baku TV-yə istinadla xəbər verir ki, marketlərdə və geyim mağazalarında müxtəlif qiymətlərə - 1, 5, 10, 20 manata və daha yüksək məbləğlərə məktəbli geyimləri almaq mümkündür.

Bəs məktəbli formalarının qiymətlərinin bu qədər fərqlənməsinin səbəbi nədir?
 
"Bakı Tikiş Evi"nin satış şöbəsinin müdiri Etibar Əzimov valideynlərə fabrik istehsalı olan məhsullara üstünlük verməyi tövsiyə edib:

"Rəsmi müəssisələrin istehsal etdiyi malları almaq lazımdır. Vağzalda, bazarda məktəb forması alan adam bilməlidir ki, orada heç bir standarta uyğun olmayan, mənşəyi bilinməyən, keyfiyyətsiz mallar satışa çıxarılır. Biz zəmanət veririk ki, satdığımız malların nə rəngində, nə də özündə heç bir dəyişiklik olmayacaq.

Qiymətin ucuz olmasının səbəbi məlumdur - həmin məhsulların heç bir sertifikatı yoxdur, keyfiyyətsizdir və kilo ilə alınmış mallardır.

Ona görə də ucuz satılır. Şalvar və ətəklər bizdə endirimdədir. Keçən ildən 15 manata endirmişik. Poloların qısaqolluları 12 manat, uzunqolluları 14 manatdır. Jaketlər əvvəl 30 manat idi, sonra 25 manat oldu, indi isə 20-22 manat arasındadır".

OXŞAR XƏBƏRLƏR