Valideynlərin nəzərinə: Birinci siniflərə elektron qaydada qəbulun tarixi açıqlandı

Valideynlərin nəzərinə: Birinci siniflərə elektron qaydada qəbulun tarixi açıqlandı
SOSİAL
22:31 04.03.2019
4086
13 mart 2019-cu ildən etibarən ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə başlanılacaq.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil Naziri Ceyhun Bayramov Real TV-yə müsahibəsində deyib.

O bildirib ki, elektron qaydada qəbul sisteminin aktivləşməsi valideynlərin işini asanlaşdıracaq:

"13 mart 2019-cu ildən etibarən ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə başlanılacaq. Artıq hər bir valideyn elektron sistemdə şəxsi kabinetə daxil olaraq, müəyyən prioritet məsələləri gözləmək şərti ilə öz övladının məktəbini, müəllimini və sinifi seçərək qeydiyyat apara biləcək".


OXŞAR XƏBƏRLƏR