Van Dammın azərbaycanlı gəlini ödənişli yayıma keçdi

Van Dammın azərbaycanlı gəlini ödənişli yayıma keçdi
MAQAZİN
11:32 30.11.2023
269

Dünyaca məşhur aktyor Van Dammın oğlu aktyor Kristofer Van Damm ilə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə yeni paylaşımlar edib.

AZXEBER.COM xəbər verir ki, həyat yoldaşı ilə yeni fotolarını "instagram” hesabında paylaşan Suada onu "Ən yaxşı dostu” adlandırıb.

Hekayə bölməsində izləyicilərinin suallarını cavablandıran pianoçu "instagram”ın ödənişli abunəlik funksiyasından istifadə edəcəyini açıqlayıb:

"Bundan sonra siz mənim şəxsi həyatımı əsasən abunə postlar və hekayələr vasitəsilə görə biləcəksiniz. Beləliklə, həyatımı yaxından görməyə davam etmək istəyirsinizsə nə edəcəyinizi bilirsiniz” deyərək izləyicilərini ödənişli abunəliyə dəvət edib.

Xatırladaq ki, bu funksiya izləyicilərə sevdiyi məşhurların daha maraqlı və sadəcə ödənişli abunəçiləri üçün yayımladığı özəl görüntüləri görmək imkanı yaradır.

 

 

Aysel

 

 

 

 


OXŞAR XƏBƏRLƏR