Vanda İkardiyə komanda yoldaşı ilə xəyanət edib

MAQAZİN
00:02 11.02.2025
236
Futbolçu Keyta Balde "İnter"də oynadığı müddətdə komanda yoldaşı Mauro İkardinin həyat yoldaşı Vanda Nara ilə münasibətdə olduğunu etiraf edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Keyta bu münasibəti "Həyatının ən böyük səhvi" adlandırıb.
 
"Vanda ilə münasibətimiz olub. Bu mənim həyatımın ən böyük səhvi idi. Mən onu qınamıram, bütün məsuliyyət mənə məxsusdur. Bu mənim günahımdır. Hazırda İkardi ilə Vanda arasında baş verənlərin mənimlə heç bir əlaqəsi yoxdur. Ancaq köhnə məsələnin indi gündəmə gəlməsi o qədər yersiz idi ki, etdiyim səhvə görə özümü çox alçaldılmış hiss edirəm" deyə Keyta açlıqlamasında bildirib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR