Türkiyənin Van bölgəsində axtarış-xilasetmə işləri davam edərkən, möcüzəli şəkildə xilas olunanların sayı da artmaqdadır. Ən son 4-mərtəbəli binanın dağıntıları altından 8 aylıq bir körpə və onun anası sağ çıxarılıb. Əvvəlcə ana dağıtılar altından çıxarılıb və körpəsinin də beşikdə olduğunu bildirib. Beşik çıxarıldıqda körpənin orada olmadığını görüblər. Beşiyin yanındakı şkafdan uşaq səsinin gəldiyini görən xilasedicilər şkafı açdıqda körpənin burada olduğunu görüblər. Körpə tapıldıqdan 1.5 saat sonra dağıntılar arasından çıxarılıb. Mahir adlı körpənin anası övladının başının adyalla bükülü olduğunu bildirib və onun hansı şəkildə beşikdən şkafa düşdüyünü anlamadıqlarını deyib.











































