Vanqanın 2024-cü il üçün proqnozu: Dünya əbədi olaraq dəyişəcək

Vanqanın 2024-cü il üçün proqnozu: Dünya əbədi olaraq dəyişəcək
DÜNYA
12:29 06.07.2023
1172
"Balkanların Nostradamusu” adlandırılan Vanqa adlı bolqarıstanlı görücü 2024-cü il üçün bəzi proqnozlar verib.

AZXEBER.COM xəbər verir ki, Vanqanın  2024-cü ildə dünyada böyük dəyişikliklərin olacağını proqnozlaşdırdığı deyilir.

Proqnoza əsasən, iki elmi kəşfin dünyanın gedişatını birdəfəlik dəyişəcəyi iddia edilir:

"Vanqa xərçəngə qarşı dərman hazırlanacağını və bu xəstəliyin aradan qalxacağını, digər tərəfdən QİÇS-in yox olacağını bildirib”.

Həmçinin bu il "neft əsri”nin sona çatacağı da proqnozlaşdırılıb.
Vanqanın 2023-cü ilə dair proqnozları arasında böyük ölkənin insanlar üzərində bioloji silah araşdırmaları aparacağı da var.

Vanqanın fikrincə, bu, minlərlə insanın ölümü ilə nəticələnə bilər. Onu da qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Bioloji Silahlar Konvensiyası belə təcrübələri qadağan edir. Buna baxmayaraq, bəzi ölkələrin, xüsusən də Çinin gizli bioloji silahlar üzərində işlədiyi məlumdur.

Gülay
OXŞAR XƏBƏRLƏR