Vaqif Cavadov: 'Biz Ronaldoya yox, ən əsas öz oyunumuza fikir veririk'
İDMAN
23:55 23.03.2013
1741
Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburqla səfər matçından sonra bu ölkəyə ezam olunmuş azərbaycanlı jurnalistlərin qarşısına çıxıb. Apasport.az saytının Lüksemburqa ezam olunmuş əməkdaşının da suallarını cavablandıran futbolçu 0:0 hesablı heç-heçə etdiyimiz oyun və Portuqaliya ilə Bakıdakı qarşıdakı sınaq haqda fikirlərini bildirib.- İlk öncə Lüksembuqrla oyun haqda fikirlərinizi bildirərdiniz...- Hamı deyirdi ki, Lüksemburq yığması çətin rəqibdir. Çətin oyun da alındı. Meydança da imkan vermədi ki, tam öz oyunumuzu göstərək. Ancaq buna baxmayaraq, səfərdə xal qazandıq. Qol imkanlarımız çox oldu, sadəcə olaraq bundan faydalana bilmədik. İnşallah, Portuqaliya ilə oyuna hazırlaşacağıq.- Nəticəyə görə üzülməmisiniz ki?- Əlbəttə, 3 xal qazanmağı çox istəyirdik. Ancaq futbolda hər şey və nəticələrə baxanda çox fərq olur. İndi Portuqaliya yığmasını götürəndə, onlar da nəticəsiz, yəni 1 xalla qaldılar. Lüksemburq yığması zəif deyil. Buna görə də oyun baxımından pis olmadığını deyərdim.- Biz nə dərəcədə yaxşı oynadıq?- Qol imkanlarımız vardı, ancaq bundan istifadə edə bilmədik. Meydanın bir az pis vəziyyətdə olmağı bəlkə də hücum xəttinə bir az problem yaratdı. Ancaq buna baxmayaraq, komandamız yaxşı mübarizə apardı. Sadəcə, qalib gələ bilmədik. İnşallah, öz azarkeşlərimiz önündə yaxşı oynayıb, Portuqaliyadan xal götürməyə çalışacağıq.- Portuqaliya İsraillə 3:3 hesablı heç-heçə etdi. Yəqin ki, Bakıya psixoloji cəhətdən bir az gərgin gələcəklər...- Portuqaliya yığması həmişə güclüdür. Heç-heçə oynayıbsa, bu, öz problemidir. Bizi əsas öz oyunumuz maraqlandırır. Necə hazırlaşacağıqsa, elə də oynayacağıq.- Bəs Kriştianu Ronaldonun Bakıda oynamamağı bizə əlavə stimul verə bilərmi?- Əlbəttə. Elə futbolçu oynamırsa, hardasa bizə də yaxşıdır. Ancaq biz Ronaldoya yox, ən əsas öz oyunumuza fikir veririk. Allahın köməyi ilə də yaxşı oyun nümayiş etdirmək istəyirik.- Millimizə 4 gündə oynamaq çətin deyil ki? Komanda Portuqaliya ilə matçda yorulmaz?