Türkiyə çempionatında.
Türkiyə çempionatının Birinci Liqasının 28-ci turunda Azərbaycandan olan iki – Kamran Ağayev və Vaqif Cavadovun oynadığı komandalar qarşılaşıb.AZXEBER.COM xəbər verir ki, qapılarını Kamran Ağayevin qoruduğu “Kayserispor” “Boluspor”u qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb.
Matçın videoyazısına baxdıqda isə, Azərbaycan yığmasının qapıçısının bu oyunda xüsusi rol oynamadığını görmək olar.
Vaqif Cavadov isə 82-ci dəqiqədə meydana çıxıb və 0:2 olan hesabı dəyişdirə bilməyib.