18:26 çərşənbə, 12 Dekabr 2018
İDMAN

Vaqif Cavadov: "Qrupumuz çox çətindir, rəqiblər güclüdürlər"

23:45, 03.12.20185765
Vaqif Cavadov:

"Hesab gözlənilməz oldu. Oyuna qələbə əzmi ilə çıxmışdıq. Belə məğlubiyyətdən sonra deməyə çox söz tapmaq çətindir".

AZXEBER.COM "report"-a istinadən bildirir ki, bunu "Keşlə" klubunun futbolçusu Vaqif Cavadov Azərbaycan Premyer Liqasının XII turunda səfərdə "Qarabağ"a 1:5 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

Təcrübəli futbolçu jurnalistlərin digər suallarını da cavablandırıb:

- İlk hissədə göstərdiyiniz oyunla ikinci hissədəki çıxışınız çox fərqli idi. Bunu nə ilə əlaqələndirirsiniz?

- İkinci hissədə konsentrasiyanı itirdik və 10 dəqiqə ərzində qapımızda 3 qol gördük. Belə amillər kiçik görünsə də, futbolda demək olar ki, hər şeyi həll edir.

- Tərlan Əhmədov sizin təcrübənizdən niyə istifadə etmir?

- Bu suala cavab verə bilmərəm. Hər şey yaxşıdır. Komandaya bir az daha vaxt lazımdır ki, vəziyyət tam qaydasına düşsün.

- "Zirə" 1 xal qazanıb sizi geridə qoydu. Sonuncu pilləyə enişinizi necə qarşılayırsınız?

- Biz bunu oyundan öncə həm yerlilərə, həm də əcnəbilərə demişdik ki, "Keşlə" bu yerə layiq komanda deyil. Bütün gücümüzlə çıxış edib xallar qazanmalı və yuxarı pillələrə qalxmalıyıq. Heyətimiz də 35-40 yaşlı oyunçulardan ibarət deyil ki, biz sonuncu pillədə qərarlaşaq. Həm gənc, həm də orta yaşlı oyunçulardan ibarət yaxşı heyətimiz var. Sadəcə, bəzi futbolçular komandaya nə lazım olduğunu dərk etmirlər.

- Tərlan Əhmədovun gəlişi ilə düşünürdülər ki, "Keşlə"nin vəziyyəti nisbətən düzələcək, amma vəziyyət hələ də yaxşı deyil...

- Baş məşqçimiz yenidir, komandanı düzəltmək üçün müəyyən qədər vaxt lazımdır. Yoxsa hər 2-3 aydan bir baş məşqçi dəyişilsə, bir nəticə əldə etmək olmaz.

- Milli komandanın rəqibləri barədə nə deyə bilərsiniz?

- İnanıram ki, Bakıda hər komandaya qarşı oynamaq olar. Çətin rəqiblərdir, amma futbolda elə olur ki, zəiflər də güclülərdən xal ala bilər. Yadınızdadırsa, Türkiyə millisi də bura qələbə üçün gəlmişdi, amma biz onları 1:0 hesabı ilə məğlub etdik və sonda qrupdan da çıxa bilmədilər. Qrupumuz çox çətindir, rəqiblər güclüdür, bizim üçün çətin olacaq.

XƏBƏR LENTİ