Vaqif Cavadov "Sumqayıt"dan da göndərildi

Vaqif Cavadov "Sumqayıt"dan da göndərildi
İDMAN
17:36 27.12.2016
1214

"Sumqayıt" Futbol Klubu millimizin sabiq üzvü Vaqif Cavadovla yollarını ayırıb.

Ötən mövsümün qışından "Sumqayıt"da çıxış edən yarımmüdafiəçi Vaqif Cavadovla müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, adıçəkilən futbolçu cari mövsümdə bu komandanın heyətində 13 oyunda ümumilikdə 916 dəqiqə meydanda olub və 3 qol vurub. "Sumqayıt"ın baş məşqçisi Samir Abasov son vaxtlar Vaqif Cavadovdan narazılığını bildirirdi.

 ///Qaynarinfo.Az
OXŞAR XƏBƏRLƏR