"Tvente” Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadovla bağlı paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, Niderland təmsilçisi Vaqif Cavadovun "Qarabağ”la oyun öncəsi komandanın üzvlərini ziyarət etdiyini bildirib.
Belə ki, sabiq futbolçu keçmiş komandasını Bakıda qaldığı oteldə ziyarət edib. Vaqif Cavadov 2010/11 mövsümündə "Tvente”nin formasını geyinib.
Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ” – "Tvente” oyunu saat 20:00-da başlayacaq. Komandalar arasında Niderlandda keçirilən ilk görüşdə Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.












































