Vaqif Əsədov xəstəxanaya düşdü

Vaqif Əsədov xəstəxanaya düşdü
SOSİAL
11:02 08.04.2017
1428

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov xəstəxanaya yerləşdirilib, bu barədə o özü məlumat verib.

V.Əsədov bildirib ki, səhhətində yaranan nasazlıqla əlaqədar Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Mərkəzi Hospitalında müalicə alır:

"Hazırda sistem altındayam. Amma əvvəlki günlərə nisbətən xeyli yaxşılaşmışam. Amma buna baxmayaraq hospitalda müalicəmi davam etdirirəm”.

Hansı xəstəliyə görə müalicə almasına gəlincə, V.Əsədov bu barədə nədənsə heç bir söz deməyib:

"Əslində ciddi bir şey yoxdur. Hamı kimi mənim də arada tibbi müayinəyə ehtiyacım var. Heç bir xəstəliyim yoxdur. Sadəcə həkimlər üzərimdə profilaktik tədbirlər görürlər”.

///AzNews.az
OXŞAR XƏBƏRLƏR