Vaqif Əsədov yol polisini təhqir edən futbolçudan danışdı

Vaqif Əsədov yol polisini təhqir edən futbolçudan danışdı
SOSİAL
18:17 03.02.2017
1246

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Neftçi” futbol klubunun keçmiş oyunçusu, hazırda "Səbail” klubunda forma geyinən 1991-ci il təvəllüdlü Elton Yaqublunun yol polisini təhqir etməsi faktına münasibət bildirib.

Şəxsin futbolçu, mühəndis, yaxud başqa peşə sahibi olmasından asılı olmayaraq polisi təhqir etməsi yolverilməzdir:

"Bu, bizim mentalitetimizə, xüsusiyyətimizə yaraşmayan bir haldır. Bizim tariximiz, kökümüz var. Ən azından 26 yaşlı azad, demokratik respublikanın vətəndaşı olaraq son illər həyata keçirilən işlərlə qürrələnməliyik. Eyni zamanda, bir-birimizə aqressiya ilə yanaşmaq bizə yaraşmaz.

O ki qaldı qaydanı pozan, polisi təhqir edən tanınmış ola, futbolçu ola. Bu iki qat pis haldır. Biri var savadsız bir insanın bu addımı atması, bir də var tanınmış şəxsin belə təhqirə yol verməsi”.

V.Əsədov bildirib ki, polisin cərimə tətbiq etməsini, protokol yazmasını hamı eyni qaydada qəbul etmir:

"Bu dünyanın hər yerində belədir. Cinayətkar polisi sevmir, eyni zamanda intizamsızlığa meylli olan sürücü də yol polisini sevmir. Etirazı söyüşlə ifadə etmək olmaz. Necə olur ki, yol polisi ilə bağlı hansısa neqativ hal olanda o dəqiqə ictimailəşdirirlər. Qoy polisə qarşı haqsızlığı da ictimailəşdirsinlər”.

"Neftçi” futbol klubunun keçmiş oyunçusu, hazırda "Səbail” klubunda forma geyinən 1991-ci il təvəllüdlü Elton Yaqublu yanvarın 29-da "Əhmədli” qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozub. 

"Yol hərəkəti haqqında” Qanunun tələblərini pozduğuna görə futbolçunun idarə etdiyi avtomobil polis tərəfindən saxlanılıb. Bu zaman Elton Yaqublu özünü "Neftçi” futbol klubunun oyunçusu kimi təqdim edib. 

Hadisənin şahidi olan əməkdaşı futbolçunun DYP əməkdaşına etiraz etdiyini müşahidə edib. Bir neçə dəqiqədən sonra isə həmin futbolçu ona protokol yazan DYP əməkdaşını təhqir edib. 

Futbolçu Elton Yaqublu açıqlamasında polis tərəfindən saxlanıldığı faktını təsdiq edib:

"Bəli, qayda pozuntusuna yol vermişəm və yol polisi məni saxlayıb. Doğrudur ki, qayda pozuntusu ilə razılaşmamışam. Amma mən heç bir halda polisi təhqir etməmişəm. Qayda pozuntusu ilə bağlı protokol tərtib olunub və buna uyğun da cəriməmi ödəyəcəm”. 


///Modern.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
22:45 23.05.2025
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
22:38 23.05.2025
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"-  Aygün Bəylərin bacısı
22:33 23.05.2025
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"- Aygün Bəylərin bacısı
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
22:31 23.05.2025
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
22:26 23.05.2025
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı