“Vaqner”dən Priqojinin ölümündən sonra ilk açıqlama: Kreml ələ keçiriləcək

“Vaqner”dən Priqojinin ölümündən sonra ilk açıqlama: Kreml ələ keçiriləcək
DÜNYA
14:34 24.08.2023
299
Yevgeni Priqojinin təyyarəsinin Rusiyada qəzaya uğramasından sonra "Vaqner" açıqlama verib.

AZXEBER.COM xəbər verir ki, silahlı qruplaşmanın verdiyi açıqlamada Priqojinin ölümündən sonra qisas çağırışı edilib və "Kreml alınacaq” ifadəsi işlədilib. 

Rusiyanın muzdlu "Vaqner” qrupu ilə əlaqəli olan "Grey Zone” Telegram kanalı 62 yaşlı Yevgeni Priqojinə məxsus şəxsi təyyarənin Rusiya ordusunun hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu iddia edərək qisas almağa çağırıb.

Vaqnerin qisas mesajı verən bəyanatında "Kreml tutulacaq! Priqojinin ölümü təsdiqlənərsə, tədbir görəcəyik", - deyilir.

Şübhəli təyyarə qəzası Rusiya Hərbi Hava Qüvvələrinin komandanı Sergey Surovikinin istefaya göndərilməsindən bir neçə saat sonra baş verib. Digər tərəfdən, general Surovikin Vaqner lideri Priqojinlə yaxşı münasibətləri ilə tanınırdı.

Ayşən
OXŞAR XƏBƏRLƏR