"Vaqner"dən sonra daha bir hərbi qruplaşma üsyan edib? - YENİ İDDİA

"Vaqner"dən sonra daha bir hərbi qruplaşma üsyan edib? - YENİ İDDİA
DÜNYA
15:34 07.09.2023
629
İddiaya görə, Rusiyada fəaliyyət göstərən "Rusiç” qruplaşması silahı yerə qoymaq qərarına gəlib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiç silahlı qruplaşmasının Moskva rəhbərliyinə qarşı çıxması ilə bağlı iddia səslənib.

Avqustun 25-də Telegram-da verilən açıqlamada silahı yerə qoyma təhdidinin rəsmi səbəbi kimi qrupun yüksək rütbəli komandirlərindən və qurucularından biri olan Yan Petrovskinin Finlandiyada saxlanılması və Ukraynaya ekstradisiya ilə üzləşməsi göstərilib.

Rusiya-Norveç vətəndaşı olan Petrovski Rusiyanın Donbasa müdaxiləsində iştirak etmək üçün 2014-cü ildə "Rusiç”i təsis edib.
 
Ukraynada terrorla bağlı müxtəlif ittihamlarla üzləşən şübhəlinin ekstradisiya ediləcəyi təqdirdə 15 ildən 20 ilədək həbs cəzası riski var.
 
Xatırladaq ki, iyun ayında "Vaqner"in qiyam cəhdi və ötən ayın sonunda muzdlu dəstənin lideri Yevgeni Priqojinin ölümü ilə digər hərbi qruplaşmaların vəziyyəti daha da mürəkkəbləşib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR