Vasif "Xəzər TV"-də dava saldı: “Get, gözətçiliyini et” - Video

Vasif "Xəzər TV"-də dava saldı: “Get, gözətçiliyini et” - Video
MAQAZİN
12:47 01.11.2019
8826
Əməkdar artist Vasif Məhərrəmli ötən gün "Xəzər” TV-də yayımlanan "5/5” proqramında qonaq olub.

AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, televiziyanın qaydalarına əsasən, verilişə gələn şəxs mobil telefonunu mühafizəçiyə təhvil verməlidir. Lakin müğənni bundan imtina edib. Bu zaman isə onunla nəzarətçi arasında mübahisə yaşanıb. V.Məhərrəmli mühafizəçini aşağılayaraq ona "Get, gözətçiliyini et” sözlərini söyləyib.

Kulisdə olan bu münaqişənin səsləri isə canlı yayıma yansıyıb. Aparıcı Zaur Kamal onları sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, V.Məhərrəmli artıq bir neçə dəfədir ki, müxtəlif peşə nümayəndələrinə qarşı kobud ifadələr səsləndirir.

Belə ki, o, ötən günlərdə "Ay Zaur” proqramında "Mən dünyanın ən bahalı ətirini vururam, məndən ömür boyu mazut iyi gələ bilməz və heç vaxt mazut iyi gələn adamın yanında oturmuram” ifadələrini işlədərək, insanların qəzəbinə tuş gəlmişdi. Daha sonra isə verdiyi açıqlamada media nümayəndələrini günahkar tutaraq, onlara qarşı düzgün olmayan ifadələr işlədib, sözlərini təkzib etmişdi.

Ötən illərdə isə müğənninin paylaşdığı fotonun altına bir istifadəçi kəmərinin zövqlü olmadığını bildirmişdi. Bundan hirslənən Vasif Məhərrəmli həmin şəxsə kəmərin "Stefano Ricci” markası olduğunu bildirəndən sonra "çuşka” deyərək təhqir etmişdi. Həmçinin müğənni kəmərin min dollar olduğunu vurğulamağı da unutmamışdı.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir